Azərbaycan NATO PA-nın Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarına çox yüksək səviyyədə ev sahibliyi etdi. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı bəyan edib.
O.Əsədov bildirib ki, tədbirdə iştirak etmiş bəzi QHT nümayəndələri seminarın gedişatını pozmağa cəhd ediblər.
“Bəzi QHT nümayəndələri NATO PA-nın seminarını mitinq meydanına çevirməyə cəhd göstərdilər. Hətta NATO PA-nın prezidenti onlara irad tutaraq tədbirin çərçivəsindən kənara çıxmağa imkan vermədi”, - deyə spiker qeyd edib.
O, hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun seminardakı çıxışını da tənqid edib.
“ Cəbhə xəttində erməni snayperlərinin Azərbaycan hərbçilərini öldürməsini təkzib etmək heç bir çərçivəyə sığmır”,- deyə O.Əsədov vurğulayıb.
Milli Məclisin digər üzvləri də NATO PA-nın tədbirinin yüksək səviyyədə təşkil edildiyini qeyd ediblər.
“NATO PA-nın Bakıda keçirilən tədbiri bir daha göstərdi ki, artıq Azərbaycan dünyanın nüfuzlu mərkəzinə çevrilib”,- deyə deputat Fəzail Ağamalı bildirib.
Bununla yanaşı, o, hüquq müdafiəçi Leyla Yunusun “Azərbaycanın milli maraqlarına zərbə vuran çıxışına” təəssüfləndiyini deyib.
“NATO PA-nın seminarında təhlükəsizlik yüksk səviyyədə təmin edilmişdi ki, bu da Ermənistan nümayəndə heyətinin təxribat aparmasının qarşısını aldı. Onlar Bakıya məhz bu məqsədlə gəlmişdilər”, - deyə deputat Qüdrət Həsənquliyev qeyd edib.
Deputat Fərəc Quliyev də NATO PA-nın seminarının yekunlarını müsbət qiymətləndirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət