Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Belarus və Azərbaycanın əməkdaşlıqda qapalı mövzuları yoxdur. Bu barədə “İnterfaks-Qərb” agentliyinə Belarus prezidentinin mətbuat xidmətindən A.Lukaşenkonun Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşünün yekunları üzrə məlumat verilib.
“Azərbaycan Belarus üçün əməkdaşlığın inkişaf etdirilməsi baxımından prioritet dövlətlərdən biridir”, - deyə A.Lukaşenko bəyan edib.
Mətbuat xidmətinin məlumatına əsasən, prezident vurğulayıb ki, Azərbaycan Belarus üçün yaxın ölkələrdən biridir, iki dövlətin liderləri arasında isə ənənəvi olaraq mehriban münasibətlər mövcuddur.
“Əməkdaşlığımız bütün sahələrdə uğurla inkişaf edir. Müəyyən çətinliklərə və problemlərə baxmayaraq (onlar hər zaman mövcuddur), əməkdaşlığımızda qapalı mövzulardan yayınmağı bacardıq. Biz sizin üçün tamamilə açıqıq: sizin ölkəyə tədarük edə bilmədiyimiz və ya sizin burada satışa çıxara bilmədiyiniz məhsulların nomenklaturası, birgə müəssisələrin yaradılması üçün qadağan olunan mövzular yoxdur”, - deyə Belarus prezidenti qeyd edib.
“Azərbaycan bizim üçün prioritet dövlətlərdən biridir. Bizim üçün mürəkkəb və çətin dövrləri yaxşı xatırlayırıq. Siz bir neçə gün ərzində bizə dayaq oldunuz. Anlamalısınız ki, biz sizin üçün ən yaxın dostuq və bütün, hətta ən kəskin problemlərinizin həllində maraqlıyıq. Əgər bu mənada nə isə edə biləriksə, bizə ümid ola bilərsiniz”, - deyə A.Lukaşenko vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət