Prezident İlham Əliyev Azərbaycanı Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) yay sessiyasında beynəlxalq birlik qarşısında layiqincə təmsil edib. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin iclas zalından verdiyi məlumata görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının cümə günü keçirilən plenar iclasında deyib.
“Prezidentin AŞPA sessiyasında çıxışı dərin mənaya malik idi”,- deyə spiker bildirib.
O.Əsədovun sözlərinə görə, dövlət başçısı avropalı deputatlar qarşısında Azərbaycanda həyata keçirilən islahatlar, dövlət qarşısında duran problemlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi barədə çox qiymətli fikirlər söyləyib.
“Dövlət başçısı həm çıxışı zamanı, həm də suallara cavab verərkən Azərbaycanı Avropada layiqincə təmsil edib. O, Azərbaycanın beynəlxalq birliyə açıq olduğunu nümayiş etdirdi. Və bir daha sübut etdi ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bu çıxış göstərdi ki, Azərbaycan xalqı əbəs yerə öz prezidenti ilə fəxr etmir”, - deyə O.Əsədov qeyd edib.
“Azərbaycan prezidenti yüksək səviyyədə çıxış edib. O, bir daha bəyan edib ki, Azərbaycan özünə qarşı ikili standartların tətbiq edilməsini qəbul etməyəcək”,- deyə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə prezident Əliyev öz çıxışında hamı üçün vahid standartların tətbiq edilməsinin vacibliyini vurğulayıb.
“Prezidentimiz Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə prioritetlərini səsləndirib. Bəzi dairələr Bakının sədrliyindən ehtiyat edirlər və prezident bütün suallara layiqincə cavab verib”, - deyə Q.Paşayeva vurğulayıb.
O qeyd edib ki, dövlət başçısı, həmçinin Dağlıq Qarabağ problemi ilə bağlı vacib bəyanatlar səsləndirib.
“Prezident bildirib ki, Azərbaycan torpaqlarının bir santimetri belə bazarlıq mövzusu ola bilməz, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər. İrəvan Azərbaycan torpağında yerləşir və Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə bağlı özünə qarşı edilən ədalətsizliyə uzun müddət dözməyəcək”, - deyə Q.Paşayeva bildirib.
Milli Məclisin digər deputatları da İ.Əliyevin AŞPA-nın yay sessiyasındakı çıxışını yüksək qiymətləndiriblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət