İşğalçı Ermənistan dövləti və onun hərbi-siyasi rəhbərliyi bilməli və anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə öldürücü zərbə endirilməsi üçün kifayət qədər gücə, qüvvəyə, canlı və hərbi-texniki resurslara malikdir və bunu həyata keçirməyə həmişə hazırdır. ANS telekanalının məlumatına görə, belə bəyanatla Azərbaycanın müdafiə naziri Zakir Həsənov çıxış edib.
"Ancaq biz bununla kifayətlənmirik, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və imkanlarını daim artırmaq və gücləndirmək istiqamətində işlərimizi davam etdiririk”, - deyə nazir cümə günü Gülüstan sarayında Silahlı Qüvvələrin yaradılmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bildirib.
"İşğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi ucbatından Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Qoşunların təmas xəttində hər gün atəş səsləri eşidilir. İşğalçı dövlətin kəşfiyyat-təxribat qrupları müdafiə postlarımıza hücum etməyə cəhd göstərirlər. Lakin Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən qüvvələri itkilər verərək geri çəkilir", - deyə Z.Həsənov vurğulayıb.
O qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Çünki bu işlər vahid komandanlıq və müəyyən olunmuş plan əsasında həyata keçirilir.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət