Cümə günü Bakıda KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan dili milli həmrəyliyimizin sərvətidir.
“Azərbaycan dili bizim milli həmrəyliyimizin sərvətidir. Bu dildə 50 milyondan çox insan danışır. Biz xoşbəxtik ki, Azərbaycan dili bizim dövlət dilimizdir. Hər insana öz doğma dövlət dilində danışmaq nəsib olmur”, - deyə Ə.Amaşov bildirib.
“Bugünkü tədbirin əsas məqsədi qloballaşma dövründə dilimzin təmizliyinin qorunub saxlanmasıdır”,- deyə o əlavə edib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, Şura qarşısında duran bir sıra vəzifələrdən biri də elektron KİV-lərdə milli dilimizin təmizliyinin qorunmasıdır.
“Əgər xatırlayırsınızsa, bizim televiziya və radiolarda proqram və filmlərin əksəriyyəti xarici dillərdə yayımlanırdı. Biz o zaman tələb qoyduq ki, efirə gedən proqram və filmlərin minimum 75%-i Azərbaycan dilində olmalıdır. Biz bu məqsədə çatdıq”,- deyə o qeyd edib.
N.Məhərərmli bildirib ki, MTRŞ, həmçinin teleaparıcıların diksiyasının təkmilləşdirilməsini də qarşıya məqsəd qoyub. Bununla yanaşı, MTRŞ teleproqramlarda doğma dilin tətbiqi mexanizmi üzərində işləyir.
“Etraf edim ki, bu məsələləri yalnız media vasitəsi ilə həll etmək mümkün deyil. Bu məsələyə Təhsil Nazirliyi və digər müvafiq qurumlar da cəlb olunmalıdır”,- deyə o qeyd edib.
MTRŞ sədri söyləyib ki, bu gün dünyada daha bir dil - internet dili meydana çıxıb.
“Bu gün bütün dünya bu dildə danışır. Belə şəraitdə ana dili üçün özünümüdafiə mexanizminin yaradılması lazımdır”,- deyə N.Məhərəmli bildirib.
O, Azərbaycan Prezidenti yanında KİV-lərə Dəstək Fondunun rəhbəri Vüqar Səfərova müraciət edərək ana dilinin təmizliyinin qorunması ilə bağlı layihələrə dəstək göstərilməsini təklif edib.
V.Səfərli, öz növbəsində bəyan edib ki, “Azərbaycan dilinin qorunub saxlanması bizim hər birimizdən asılıdır, bu işə hamı diqqət göstərməlidir”.
“ Əgər biz dilimizi qorumaq istəyiriksə, bunun üçün mexanizm yaratmalıyıq. Bu, senzura deyil. Biz dilimizin qorunması üçün layihələr həyata keçiririk, bunun üçün vəsait ayrılır. Biz bu il də analoji layihələr həyata keçirəcəyik və bu layihələr üçün də vəsait ayrılıb”, - deyə o qeyd edib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət