Ermənistan nümayəndə heyətinin ATƏT PA-nın sessiyasında serbiyalı deputat Qordana Komiç tərəfindən hazırlanmış demokratiya və insan hüquqları üzrə qətnamə layihəsinə “xalqların öz müqəddəratını təyinetmə prinsipi” ilə bağlı düzəliş etmə cəhdi uğursuzluqla nəticələnib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
ATƏT PA-nın 23-cü sessiyası çərçivəsində keçirilən Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclasında qətnamə layihəsinə təklif edilmiş 45 düzəlişə baxılır.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan qətnamə layihəsinin 2-ci bəndinə düzəliş edilməsi təklifini irəli sürüb. Bu bənddə “1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktında mübahisələrin sülh yolu ilə nizamlanması, güc tətbiq etməmə, insan hüquqlarına və fikir, vicdan, etiqad azadlığı da daxil olmaqla, əsas azadlıqlara hörmət edilməsi kimi məsələlərin nəzərdən keçirildiyi” xatırladılır.
Erməni deputatın təşəbbüsünün mahiyyəti bundan ibarət idi ki, bənddən “ əsas azadlıqlar, daxil olmaqla” sözləri çıxarılsın və “əsaz azadlıqlar, xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etməsi” sözləri ilə əvəz olunsun.
Lakin qətnamənin müəllifi Q.Komiç bu düzəlişə qarşı çıxaraq ona gərək olmadığnı bildirib.
Düzəliş 22 səs əleyhinə, 20 səs lehinə və 11 səs bitərəf olmaqla rədd edilib.
R.Babayev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət