ATƏT Parlament Assambleyasının (PA) Bakıda təşkil olunan 23-cü sessiyası çərçivəsində qurumun Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin çərşənbə axşamı keçirilən iclasında deputat Azay Quliyevin müəllifi olduğu "ATƏT regionunda mədəni mülkiyyətin qorunmasına dair" qətnamə qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin xəbər verdiyi kimi, qətnamədə mədəni irsin qəsdən məhv edilməsi aktlarının sayının artmasından ciddi narahatlıq ifadə olunur və başqa millətlərə məxsus tarixi və mədəni abidələri məqsədyönlü şəkildə məhv edənlər qınanılır.
Sənəddə bildirilir ki, ATƏT PA ATƏT-ə üzv olan dövlətlərdən təşkilat çərçivəsində münaqişə zonalarında mədəni sərvətlərin istənilən qanunsuz ixracının, müsadirəsinin və ya mülkiyyət hüququnun verilməsinin, mədəni, tarixi və elmi sübutların gizlədilməsi və ya məhv edilməsi məqsədi ilə mədəni sərvətlərin istifadə formasının dəyişdirilməsi və deformasiyasının, mədəni sərvətlərin oğurlanması və ya qanunsuz mənimsənilməsi və ya onlara qarşı münasibətdə vandalizm aktlarının qadağan edilməsi və qarşısının alınması üçün mexanizmin yaradılmasını xahiş edir
Qətnamədə qeyd edilir ki, silahlı münaqişədə iştirak şəraitində, o cümlədən işğal zamanı dövlətlər mədəni irsin adi beynəlxalq hüquqa, eləcə də beynəlxalq sazişlərin prinsip və məqsədlərinə, UNESCO-nun hərbi əməliyyatlar zamanı belə irsin qorunmasına dair tövsiyələrinə uyğun olaraq qorunması üçün bütün lazımi tədbirləri görməlidirlər.
“ATƏT PA harada olmasından asılı olmayaraq tarix və mədəniyyətlə bağlı abidə və yerlərin statusunun ATƏT çərçivəsində ümumi mədəni irsin qorunması üzrə göstərilən hərtərəfli səylərin (1991-ci il tarixli Krakov sənədinin 31-ci bəndi) ayrılmaz hissəsi olaraq qorunmasının vacibliyini qeyd edir”, - deyə "ATƏT regionunda mədəni mülkiyyətin qorunmasına dair" qətnamədə qeyd edilir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət