Çərşənbə axşamı ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının plenar iclasında “Ukraynada vəziyyət” mövzusunda xüsusi müzakirələr aparılır.
İclasın gündəliyinə amerikalı deputat Bencamin Kardinin hazırladığı qətnamə layihəsi əsasında “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin aşkar və kobud şəkildə pozulması” adlı əlavə bənd üzrə səsvermə məsələsi daxil edilib.
Sessiya iştirakçıları qeyd olunan bəndə təklif edilən 9 düzəlişə baxacaqlar.
ATƏT PA-nın sessiyasında Rusiya nümayəndə heyətinin üzvləri qeyd olunan düzəlişin qəbul edilməsinin əleyhinə çıxıblar.
“İndiyədək heç kim Şərqi Ukraynada beynəlxalq terrorçuların olduğunu müəyyən etməyib. Şərqi Ukaryanada beynəlxalq terrorçuların olduğunu təsdiq edən heç bir beynəlxalq sənəd yoxdur”, - deyə ATƏT Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov bəyan edib. Onun sözlərinə görə, beynəlxalq terrorçular Ukraynanın şərqində yox, Suriya, İraq və Liviyadadır,.
“Ukraynada əllərinə silah götürən şəxslər tərəfindən heç bir terror aktı törədilməyib. Onlar ona görə silaha sarılıblar ki, tələblərinə cavab olaraq Ukrayna hökuməti ordu göndərib. Nə Lvov, nə Kiyev, nə Nikolayevdə, nə də digər şəhərlərdə terror aktları olmayıb. Terror aktı Odessada törədilib. Onlarla, hətta ehtimal ki, yüzdən artıq insan onun qurbanı olub. Odessada terror aktı törədilməsi barədə Ukraynanın indiki prezidenti Pyotr Poroşenko bəyan edib. Bu terror aktını separatçı adlandırılan rus fəallar törətməyiblər”, - deyə A.Puşkov vurğulayıb.
“Son 10-15 il ərzində ATƏT-ə üzv ölkələr beynəlxalq terrorçuluğun qarşısının alınması və onunla mübarizə sahəsində birgə mühüm iş həyata keçiriblər. Bu işin təhlili bugünkü şəraitdə beynəlxalq səylər birləşdirilmədən terror təhlükəsinə qarşı mübarizənin mümkünsüz olduğunu göstərir”, - deyə Rusiya nümayəndə heyətinin üzvü Oleq Lebedev rusiyalı deputat Nikolay Kovalyovun müəllifi olduğu qətnamə layihəsini təqdim edərkən bəyan edib.
Onun sözlərinə görə, ATƏT beynəlxalq antiterror əməkdaşlığının güclənməsi və bu sahədə təcrübə mübadiləsinə böyük töhfə verir, lakin bu istiqamətdə əməkdaşlıq templəri müasirliyin çağırışlarından geri qalır.
“Terrorla mübarizə sahəsində beynəlxalq qarşılıqlı əlaqələr dərinləşir. Lakin etiraf etmək lazımdır ki, bu sahədə əməkdaşlığın inkişaf səviyyəsi və templəri zamanın tələblərindən son dərəcə geri qalır və hələlik qlobal terror təhlükəsinin ciddiliyinə tam uyğun deyil. Gözlərimiz qarşısında müasir terrorçuluğun həm də bir neçə trend üzrə dinamik transformasiyası baş verir. Bu tendensiyalar adekvat mübarizə tədbirləri tələb edir”, - deyə O.Lebedev vurğulayıb.
Latviyadan olan deputatın təklif etdiyi düzəliş səsverməyə çıxarılıb və səs çoxluğu ilə rədd edilib. ATƏT PA sessiyasının 29 nümayəndə heyəti düzəlişin qəbul edilməsinin lehinə, 35-i “əleyhinə” səs verib, 10 deputat bitərəf olub.
Sonra səsvermə yolu ilə “Terrorçuluqla mübarizəyə dair” qətnamə qəbul edilib. 44 nəfər qətnamənin “lehinə”, 21-i “əleyhinə” və 2 nəfər bitərəf olub.
Qəbul edilən qətnaməyə əsasən, ATƏT Parlament Assambleyası ultramillətçi və neonasist hərəkatlarının aktivləşməsi, ATƏT-ə üzv ölkələrdə qanuni hakimiyyətin devrilməsində onların iştirakı ilə bağlı artan terror təhdidləri və ictimai şüurda radikallaşma ilə bağlı narahatlıq bildirir.
ATƏT PA beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə törədən terrorçuluqla mübarizədə qətiyyətli olduğunu bəyan edir; ATƏT-ə üzv ölkələri terror aktlarının qarşısının alınması, istintaqı və pislənməsi məqsədilə əməkdaşlığı inkişaf etdirməyə (o cümlədən ümumi antiterror konvensiyaları və onlara dair protokolların, həmçinin terrorçuluqla mübarizəyə dair BMT qətnamələri və ATƏT-in öhdəliklərinin yerinə yetirilməsi vasitəsilə); terrorçuluqla mübarizədə ATƏT-in rolunu gücləndirməyə çağırır.
Sənəddə İnternet və sosail şəbəkələr daxil olmaqla informasiya-kommunikasiya texnologiyalarının terrorçuluğa təhrik, onun maliyyələşdirilməsi, həmçinin terroçuların cəlb edilməsi kimi məqsədlərdə istifadə tendensiyasının möhkəmlənməsindən narahatlıq ifadə olunur.
Həmçinin qətnamədə silahlı münaqişə zonalarından xarici terrorçu-döyüşçülərin daimi yaşayış yerlərinə qayıtmaları ilə əlaqədar terrorçuluq və ictimai şüurda radikallaşma təhdidlərinin artmasından narahatlıq əks olunub.
Bundan başqa, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitə si “Cənubi-Şərqi Avropada regional əməkdaşlığa dair” və “ATƏT-in Əfqanıstanla gələcək qarşılıqlı əlaqələrinə dair” qətnamələri qəbul edib.
R.Babayev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət