Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və İsrailin Azərbaycandakı səfiri Rafael Xarpaz çərşənbə günü Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış soydaşlarımızın vəziyyətini müzakirə ediblər. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Ə.Həsənov Ermənistanın qeyri-konstruktiv mövqe tutmasına görə münaqişənin hələ də həllini tapmamasından, problemin həlli ilə məşğul olan qurumların və dövlətlərin fəaliyyətsizliyi, ikili mövqedən yanaşma nəticəsində ədalətsizliyin baş alıb getməsindən, bütün bunlardan isə daha çox qaçqın və məcburi köçkünlərin əziyyət çəkməsindən təəssüfləndiyini bildirib.
O qeyd edib ki, buna baxmayaraq, Azərbaycan xalqı münaqişənin dinc yolla, beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır.
Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətində ötən müddət ərzində heç bir irəliləyiş əldə olunmamasından, işğalçı Ermənistana lazımi təzyiq göstərilməməsindən, bir milyondan çox qaçqın və məcburi köçkünün iyirmi ildən artıqdır ki, tapdanmış hüquqlarının bərpasına laqeyd münasibətdən narahatlıq ifadə olunub.
İsrailli səfir Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Diplomat vurğulayıb ki, İsrail Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daim dəstəkləməklə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olub və bu gün də həmin mövqedən çıxış edir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət