SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Baltik regionunun enerji bazarının iştirakçısı ola bilər. Litvanın energetika naziri Yaroslav Neveroviç “Region Plus” jurnalına verdiyi müsahibədə belə deyib.
“Azərbaycanın energetika müəssisələri artıq qlobal bazarın iştirakçılarına çevriliblər. Onlar TAP və TANAP boru kəmərləri ilə bağlı çox ciddi investisiya qərarları qəbul ediblər. Bunlar Azərbaycan şirkətlərinin məqsədlərindən xəbər verən çox ciddi strateji qərarlardır”,- deyə nazir qeyd edib.
Litvalı diplomat əlavə edib ki, AB ölkələrinə qaz nəqlini nəzərdə tutan TANAP və TAP layihələri həm Litva, həm də bütün Baltik regionu üçün vacib layihələrdir.
“Qazın alışına görə məsul olan Litva şirkətləri bu rəqabətli imkandan istifadə etməlidirlər. Bu qazın fiziki olaraq Baltik ölkələrinə nəqli vacib deyil - bunun üçün liberal bazarda mümkün olan “virtual svoplar” mövcuddur”, - deyə Y.Neveroviç bildirib.
Onun sözlərinə görə, Litva və Azərbaycan arasında maye qaz ticarəti (LNG) sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün də imkanlar var.
“Biz Azərbaycan şirkətlərinin LNG biznesini inkişaf etdirmək niyyətində olduğunu görürük. Hesab edirik ki, burada əməkdaşlıq üçün imkan var, lakin bu danışıqları şirkətlər aparmalıdırlar. Mən Azərbaycan hökuməti ilə görüşdə eşitdim ki, SOCAR qaz, o cümlədən də LNG ticarətində dünya miqyaslı oyunçu olmaq niyyətindədir və biz bu şirkəti Baltik regionu bazarında oyunçu olaraq görürürk”,- deyə Y.Neveroviç qeyd edib.
Nazir hesab edir ki, iki ölkə arasında iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
“Əminəm ki, bizdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün çoxlu istifadə olunmamış imkanlar var. Litva Azərbaycana süd məhsulları, mebel, mineral yanacaq, yağ, elektrik maşın və avadanlıqları, maşın və mexaniki avadanlıqlar, optika, tibb və əczaçılıq məhsulları ixrac edə bilər”,- deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, Litva xidmət, nəqliyyat, logistika və İKT sahələrində də əməkdaşlıq təklif edə bilər.
“Hesab edirəm ki, Azərbaycan şirkətləri üçün Klaypeda limanı, Klaypeda azad iqtisadi zonası və Baltik Logistika Mərkəzi layihələrinə investisiya qoymaq, eləcə də Azərbaycan yüklərinin nəqli üçün Klaypeda limanının gücündən istifadə edilməsi üçün Litva və Azərbaycanın işgüzar tərəfdaşları arasındakı əməkdaşlığın genişləndirilməsi imkanları maraqlı olardı.
Nazirin sözlərinə görə, hazırda Klaypeda limanında iki neft terminalı fəaliyyət göstərir ki, onların da illik ümumi gücü 12 mlın. tona yaxındır.
“Bura strateji yerdir, son 3 ildə yükləmə həcmi limanın infrastrukturuna qoyulmuş investisiyalar sayəsində əhəmiyyətli dərəcədə artıb, buna görə də limanın gücü, xüsusən başqa ölkələrin yüklərinin - neft məhsullarının, konteynerlərin, “ro-ro” tipli gəmilərin və s. yüklərin boşaldılıb yüklənməsi üzrə gücü artıb. Ölkə iqtisadiyyatında neft və neft məhsulları biznesinin aparıcı qüvvə olduğu Azərbaycana Klaypeda limanının imkanları maraqlı ola bilər”,- deyə nazir vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Accessbank «Yaşıl dünya naminə həmrəylik ili» çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
NEQSOL Holding “Parla” təqaüd proqramı üçün xaricdə təhsil üzrə master-klas keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət