Bakı Azərbaycanın məhkəmə sistemini Avropa standartlarına uyğunlaşdırmaq məqsədilə Avropa Şurası ilə birgə fəal və səmərəli əməkdaşlıq edir. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 23-cü plenar iclasının açılış mərasimində bəyan edib.
Rəsmi mətbuatda verilən məlumata görə, tədbir Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.
Nazir tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan qısa müddətdə məhkəmə sistemində mütərəqqi dəyişikliklərə nail olub.
F.Məmmədovun sözlərinə görə, ölkədə əsaslı hüquqi islahatlar aparılıb, demokratik prinsiplərə uyğun yeni, üçpilləli müstəqil məhkəmə sistemi təsdiq olunub.
“Bu sahədə Avropa Şurası ilə birgə səylərimizi xüsusi qeyd etmək istərdim. Müxtəlif istiqamətlər üzrə birgə işçi qrupları yaradılaraq, qanunvericilik və institusional islahatlar aparılıb, o cümlədən məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı – Məhkəmə-Hüquq Şurası təsis edilərək, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər onun müstəsna səlahiyyətinə aid edilir”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu gün heç bir dövlət demokratik cəmiyyətdə müstəsna rolu olan ədalət mühakiməsi sisteminin tam mükəmməlliyi və islahatlara ehtiyac qalmaması ilə öyünə bilməz.
“Cəmiyyətimiz inkişaf etdikcə islahatlar davamlı və labüd xarakter alır. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-nin bu sahədə mühüm rolu var. CEPEJ-nin 12 illik uğurlu işi nəticəsində onun nüfuzu daim artıb və fəaliyyəti Avropanın hüdudlarını aşıb. Artıq Afrika, Amerika və bir sıra Şərq dövlətləri də bu qurumun imkanlarından səmərəli istifadə edir. Qurumun məhkəmə sistemlərinin müqayisəli təhlilini əks etdirən nadir hesabatları bütün dünyada məhkəmə islahatlarının “yol xəritəsi”nə çevrilib. Əminəm ki, bu iclasda qəbul ediləcək növbəti belə hesabat görülən işlərə daha bir töhfə olacaq”, - deyə F.Məmmədov vurğulayıb.
İclasda Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbərləri, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin üzvləri, yüksək məhkəmələrin və hakim assosiasiyaların sədrləri iştirak edirlər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət