Azərbaycan prezidenti İlham Əliyev “Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişiklikləri təsdiq edib. Bu barədə cümə axşamı rəsmi mətbuatda məlumat verilir.
“Dövlət sirri haqqında” qanunun 21-ci maddəsinə qəbul olunan düzəlişlərə əsasən, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir.
Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.
“Dövlət sirri haqqında” qanunun 23-cü maddəsinə qəbul olunan düzəlişlərə əsasən, vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar yeni redaksiyada veriləcək.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna düzəlişlər öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin öyrənilməsinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsini nəzərdə tutur.
Bundan başqa, dövlət başçısı “Fərdi məlumatlar haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara düzəlişləri təsdiq edib.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna edilən düzəlişlərə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin öyrənilməsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
“Dövlət sirri haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”,“Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlara müvafiq dəyişikliklər iyunun 20-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında qəbul edilib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət