2014-cü ilin I yarısında Azərbaycanda sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə ümumilikdə 129 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
“Birinci yarımillikdə SKMF-in xətti ilə 2,6 mindən çox sahibkarın layihələri maliyyələşdirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,4% çoxdur. Maliyyələşdirilmiş layihələrin 98%-i kiçik kreditlərin payına düşür”, - deyə Ş.Mustafayev cümə axşamı Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Nazirin çıxışının mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
Ş.Mustafayev vurğulayıb ki, maliyyələşdirilən layihələr çərçivəsində 6 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Nazir əlavə edib ki, kreditlərin 79%-i regionlarda, 21%-i Bakı qəsəbələrində layihələrin maliyyələşdirilməsinə yönəldilib.
“Vəsaitlərin 84%-i aqrar sahənin, 16%-i sənaye və digər sahələrin maliyyələşdirilməsinə yönəldilib. Hesabat dövründə 20 istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır.”, - deyə o qeyd edib.
Ş.Mustafayev vurğulayıb ki, il ərzində sahibkarlara ümumilikdə 280 mln. manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət