2014-cü ilin birinci yarısında işəgötürənlər tərəfindən 9 mindən çox halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktları aşkarlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə söyləyib.
“Müvafiq tədbirlər və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9269 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib”, - deyə nazir prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması faktı üzrə 2 mln. 352 min manat məbləğində cərimə tətbiq olunub və bunun 35,3%-i dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23 dəfə çoxdur. Ötən 6 ay ərzində 5613 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin olunub.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət