Prezident İlham Əliyev Azərbaycanın Sənaye və İqtisadiyyat Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.
İ.Əliyevin müvafiq sərəncamı dövlət başçısının rəsmi saytında dərc edilib.
Memorandumu 2014-cü il iyunun 2-də Bakıda Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev imzalayıblar.
Sərəncama müvafiq olaraq Azərbaycanın Sənaye və İqtisadiyyat Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xəbər verildiyi kimi, Anlaşma Memorandumu təşkilati-hüquqi formasından asılı olmayaraq RF və Azərbaycan ərazilərində qeydiyyatdan keçmiş müəssisə və təşkilatlar arasında əməkdaşlığın təşviq edilməsini nəzərdə tutur.
Tərəflər öz səlahiyyətləri çərçivəsində hər iki dövlətin qanunvericiliyinə uyğun olaraq qarşılıqlı anlaşma, hörmət və etimad prinsipləri əsasında təsərrüfat subyektləri arasında uzunmüddətli və hərtərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcəklər. Bundan başqa, tərəflər səlahiyyətləri çərçivəsində öz dövlətləri arasında qarşılıqlı mal dövriyyəsinin artırılmasına, sahibkarlıq və birbaşa istehsal əlaqələri sahəsində əməkdaşlığın inkişafına, qarşılıqlı maraq doğuran digər əməkdaşlıq sahələrində əlverişli şəraitin yaradılmasına kömək edəcəklər.
Təsərrüfat subyektləri arasında ticarət əlaqələrinin təşviqi, ticarət və investisiya imkanlarının öyrənilməsi, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair təcrübə mübadiləsinin aparılması üçün tərəflər biznes forumlar, sərgi və yarmarkalar, işgüzar görüşlər, məsləhətləşmələr və danışıqlar aparmaq niyyətindədirlər.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət