Rusiyanın Tomsk vilayəti Azərbaycan sahibkarlarını Xüsusi iqtisadi zona və Sənaye Parkının imkanlarından istifadə etməyə dəvət edir. Bu barədə Tomsk vilayətinin Ticarət və Sənaye Palatasının Xarici İqtisadi fəaliyyətin inkişafı mərkəzinin direktoru Aleksandr Belyayev çərşənbə axşamı Bakıda keçirilən biznes forumda bildirib.
“Biz yüksək texnologiyalar, telekommunikasiyalar, mühəndis xidmətləri, neft-kimya və kimya sahəsində əməkdaşlığa ümid edirik. Burada böyük potensial var və biz ümid edirik ki, danışıqlardan, Sumqayıt Kimya Sənaye Parkında olduqdan sonra həm Azərbaycan, həm də Tomsk vilayətində həyata keçiriləcək yeni saziş və müqavilələr imzalanacaq”, - deyə A.Belyayev qeyd edib.
Onun sözlərinə görə, artıq Tomsk vilayətində Azərbaycan müəssisələri fəaliyyət göstərirlər - Sibir ərazisində Azərbaycanın rəqəmsal televiziyası ilə bağlı, neft-kimya və tikinti sahəsində layihələr var. Tomsk müəssisələri də Azərbaycanda yüksək texnologiyalar sahəsində əməkdaşlıq qururlar.
A.Belyayev Azərbaycanın Tomsk vilayəti müəssisələrinin məhsul və xidmətlərinin istehlakçıları siyahısında lider olacağına əminliyini ifadə edib.
Tomsk vilayətinin nümayəndə heyətinə elektrotexnika, informasiya texnologiyaları, maşınqayırma, neft-kimya sənayesi üçün elektrik cihazları, tibb cihazları və tikinti materiallarının istehsalı sahələrini təmsil edən şirkətlər daxildir.
Biznes forumda hər iki tərəfi təmsil edən 60-dan artıq şirkət iştirak edib.
2005-ci ildə Tomsk şəhərində yaradılan texniki-tətbiqi tipli Xüsusi iqtisadi zona Rusiya və xarici şirkətlərin R&D mərkəzlərinin və tədqiqat mərkəzlərinin yaradılması üzrə layihələrin yerləşdirilməsinə, həmçinin neft-kimya sahəsində innovativ texnologiyalara yönəldilib.
Tomsk şəhərinin Sənaye Parkı istehsalat, anbar və inzibati otaqlarla təmin edilmiş, hər bir hissə üçün avtomobil yolu, mərkəzləşdirilmiş qaydada bir operatorla idarə olunacaq kommunal və logistik infrastruktura malik olan sənaye zonasıdır.
Sənaye Parkı iki meydançadan ibarətdir. Onlardan birincisi metal emalı, maşınqayırma, kimya sənayesi və tikinti materialları istehsal edən müəssislərin yerləşdirilməsi üçün nəzərdə tutulub. İkinci meydança qida məhsullarının istehsalının yerləşdirilməsi üzrə ixtisaslaşıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət