Azərbaycanın “Səhhət” klinikası və Rusiyanın Tomsk vilayətinin “Korporativ Tibb Mərkəzi” şirkəti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, protokol çərşənbə axşamı Bakıda keçirilən biznes forum çərçivəsində imzalanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) direktoru Rüfət Məmmədovun sözlərinə görə, Azərbaycan şirkətləri Tomsk vilayətinə kənd təsərrüfatı məhsullarının tədarükündə maraqlıdırlar.
“Azərbaycan şirkətləri həm son məhsulun ixracına maraq göstərir, həm də investisiya layihələrində iştirak etməyə hazırdırlar”, - deyə R.Məmmədov qeyd edib.
O, Azərbaycan biznesinin turizm, informasiya texnologiyaları, tekstil sənayesi, neft kimya və tikinti sahələrində əməkdaşlığa maraq göstərdiyini qeyd edib.
“Azərbaycanın tikinti şirkətləri həm infrastruktur, həm də yaşayış obyektlərinin tikintisində təcrübəyə malikdirlər. Onlar Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Türkiyə və Belarusda infrastruktur layihələrində iştirak edirlər. Bundan başqa, Azərbaycan tikinti materiallarının iri istehsalçısıdır”, - deyə E.Məmmədov qeyd edib.
AZPROMO rəhbəri Tomsk vilayətində fəaliyyət göstərən şirkətləri Sumqayıt Kimya Sənaye Parkında və Balaxanı Sənaye Parknda yaradılmış imkanlardan istifadə etməyə çağırıb.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir. “Ernst&Young” şirkəti 7 hektar ərazidə yerləşən parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlayıb.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. 2009-cu ilin mart ayında Vergilər Nazirliyi ASC-ni 500 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət