1995-2013-cü illərdə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların ümumi həcmi $83,8 mlrd. təşkil edib. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.
“1995-2013-cü illərdə Azərbaycan iqtisadiyyatına xarici investisiyalar $83,8 mlrd. təşkil edib, bunun $35 mlrd.-ı qeyri-neft sektoruna yatırılıb”, - deyə Ş.Mustafayev çərşənbə günü rəsmi “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
Nazir vurğulayıb ki, bu dövr ərzində Azərbaycanın qeyri-neft sektoruna yatırılan bütün investisiyaların 26%-i Türkiyə, 16%-i Böyük Britaniya, 12%-i ABŞ şirkətlərinin payına düşüb.
Ş.Mustafayev deyib ki, 1995-2013-cü illərdə Böyük Britaniya şirkətləri Azərbaycanda əsas kapitala təxminən $18 mlrd., ABŞ şirkətləri $7 mlrd., Yaponiya şirkətləri $4 mlrd. investisiya qoyub.
Nazir vurğulayıb ki, hazırda Azərbaycanda 6 857 xarici investisiyalı şirkət fəaliyət göstərir. Bu şirkətlərin 36%-i Türkiyə, 8,3%-i Rusiya, 7,8%-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılıb.
Ş.Mustafayev qeyd edib ki, xarici şirkətlər Azərbaycanda podrat layihələrinin reallaşdırılmasına fəal cəlb olunur. Xüsusilə Türkiyə şirkətləri Azərbaycanda ümumilikdə $10,4 mlrd. dəyərində 153 layihə, Çexiya şirkətləri $2 mlrd. dəyərində 6 layihə, Fransa şirkətləri $1,8 mlrd. dəyərində 22 layihə həyata keçiriblər.
Nazir bildirib ki, davamlı iqtisadi inkişaf Azərbaycan şirkətlərinə xaricdə investisya yatırmağa imkan yaradır. Xüsusilə Azərbaycan şirkətləri Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və başqa ölkələrdə layihələrin investorları qismində çıxış edirlər.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət