“PAŞA Həyat Sığorta” ölkənin regionlarında filial şəbəkəsini genişləndirəcək.
“Şirkət 2014-cü ilin sonuna qədər regionda daha bir filial açmağı planlaşdırır”, - deyə şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayev cümə günü jurnalistlərə məlumat verib.
Hazırda şirkətin yeganə filailı Gəncə şəhərində fəaliyyət göstərir.
Onun sözlərinə görə, hazırda şirkətin fəaliyətinin avtomatlaşdırılması üçün İT-ptalformanın hazırlanması üzərində iş aparılır. “Cari ilin sonuna kimi biz bütün biznes prosesləri və əməliyyatları avtomatlaşdırmağı planlaşdırırıq”, - deyə İ.Qarayev bildirib.
Bundan başqa, şirkət həyat sığortası bazarında marketinq araşdırması aparır. “Araşdırmanın məqsədi sığorta bazarının seqmentlərini təhlil etmək, müştərilərə yeni və daha münasib sığorta məhsulları təqdim etməkdir”, - deyə İ.Qarayev qeyd edib.
Şirkət, həmçinin müasir tələblərə cavab verən “Call-centre”nin (Çağrı Mərkəzi) yaradılması üzərində işləyir.
"PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb, 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və sığorta haqları yığımına görə Azərbaycanın aparıcı sığortaçıların üçlüyünə daxildir. Şirkətin yeganə səhmdarı “Pasha Holding”dir. Nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət