Azərbaycan dövləti İnternetdən sərbəst istifadəni təmin edir. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bəyan edib.
“Azərbaycanda internetdən istifadə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Dünyanın bəzi ölkələrində isə bunun əksini müşahidə etmək mümkündür”, - deyə S.Novruzov bazar ertəsi 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərin mükafatlandırılması mərasimində bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinə də böyük qayğı göstərir.
“Jurnalistlərin mənzil problemlərinin həlli məsələsində böyük qayğı göstərilir. Hazırda mətbuat nümayəndələri üçün ikinci çoxmərtəbəli bina tikilir. Binanın gələn ilin sonunda istifadəyə verilməsi gözlənilir”, - deyə S.Novruzov qeyd edib.
Deputat ölkədə kəskin sosial və ictimai-siyasi problemlərin işıqlandırılmasında medianın rolunu da yüksək qiymətləndirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət