“Azəryolservis” ASC Gəncə-Qazax regionunda 4 körpünün layihələndirilməsi və tikintisi üçün podratçı seçir. Bu barədə cəmiyyətin elanında məlumat verilir.
Layihəyə dəmir yolu üzərində körpünün və Kür, Acı Dərə və Ağstafa çayları üzərində körpülərin tikintisi daxildir.
Tenderdə iştirak haqqı 200 manatdır ($250).
Tenderdə son iki il ərzində tikinti sektorunda $18 mln. səviyyəsində illik dövriyyəyə, son 10 il ərzində baş podratçı kimi $16 mln. və ya artıq məbləğdə ən azı bir körpünün layihələndirilməsi və tikintisində təcrübəyə malik olan şirkətlər iştirak edə bilər.
Körpülərin tikintisi üzrə işlər Asiya İnkişaf Bankının (AİB) krediti hesabına həyata keçiriləcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər 4 sentyabr 2014-cü ilə qədər təkliflərini təqdim etməlidir.
Azərbaycan hökuməti və AİB cari ilin may ayında çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində avtomobil yolu infrastrukturunun yaxşılaşdırılması üçün respublikaya $45 mln. məbləğində kreditin ayrılmasına dair saziş imzalayıb.
$45 mln. məbləğində kredit vəsaitləri yararsız vəziyyətdə olan 4 körpünün tikintisi və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulmasına yönəldiləcək.
Bu, Azərbaycanda yol sektorunun inkişafı üçün çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində sonuncu, dördüncü tranşdır.
AİB 2008-ci ildə Azərbaycanda yol sektorunun inkişafının kreditləşdirilməsi məqsədilə $500 mln. məbləğində çoxtranşlı maliyyələşdirmə proqramını təsdiq edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahələrində layihələr üzrə $1,4 mlrd.-dan artıq məbləğdə kredit ayırıb. Hazırda Azərbaycanda layihələr üzrə aktiv kredit portfeli $1,2 mlrd. təşkil edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət