Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanda ali, orta və peşə təhsili, eləcə də elm haqqında qanunların qəbul edilməsini vacib hesab edir.
“Biz istəyirik ki parlamentin payız sessiyası nəhayət ki, təhsil sistemində islahatların davam etdirilməsi üçün qanunverici əsasların yaradılmasına diqqət ayırsın. Məlum olduğu kimi, prezident artıq ölkənin təhsil sistemində islahatlar sahəsində strategiya haqqında müvafiq sənədi imzalayıb və Milli Məclis bu prosesdə müvafiq qanunlar hazırlamalıdır”,- deyə A.Mollazadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, söhbət, ilk növbədə ali, orta və peşə təhsili, elm haqqında qanunların qəbul edilməsinin zəruriliyindən gedir.
“Və bütün bu istiqamətlərdə çox ciddi iş aparılmalıdır. Azərbaycan parlamenti bu işi mütləq həyata keçirməli, qeyd olunan qanunları qəbul etməli, xalq və ölkə qarşısında öz öhdəliklərini yerinə yetirməlidir”,- deyə A.Mollazadə qeyd edib.
Deputat bildirib ki, Azərbaycanda 17 il davam etmiş müzakirələrdən sonra nəhayət ki, təhsil haqqında çərçivə qanunu qəbul edilib.
“Bu sistemi yeniləmək və təhsil sistemində islahatlar aparmaq üçün kifayət qədər müasir baza yaratmaq məqsədilə ali, orta və peşə təhsili haqqında qanunlar lazımdır. Peşə təhsili sahəsi bu gün ümumiyyətlə çox pis vəziyyətdədir. Nəzərə alsaq ki, bu gün orta məktəb məzunlarının yalnız üçdə biri ali məktəblərə daxil olur, deməli, Azərbaycan gənclərinin 70%-nin peşə və ixtisas qazanmaq şansı yoxdur. Buna görə də bu istiqamətdə bütöv bir gənc mütəxəssislər nəsli yetişdirməyə imkan verən peşə təhsilinin ciddi bazası yaradılmalıdır”, - deyə A.Mollazadə qeyd edib.
Onun sözlərinə görə, istənilən sahədə islahatların həyata keçirilməsi təxirəsalınmaz addmlar tələb edir.
“Bütün bu qanunlar ona görə qəbul edilməlidir ki, ötən il prezident tərəfindən imzalanmış təhsil sisteminin inkişaf strategiyası haqqında müvafiq sənədə uyğun olaraq təhsil sistemində islahatları tez bir zamanda həyata keçirmək mümkün olsun”, - deyə o əlavə edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət