“AtaSığorta” şirkəti filial şəbəkəsini genişləndirir. Bu barədə şirkətin məlumatında bildirilir.
Şirkətin yeni filialı Bakının Nizami rayonu ərazisində açılıb.
Məlumata əsasən, “Xəzər” filialı müştərilərin sığorta xidmətlərinə artan tələbatını ödəmək və onlara daha operativ şəkildə keyfiyyətli xidmət göstərmək üçün açılıb.
“Xəzər” filialı həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərəcək.
Məlumatda qeyd edilir ki, bu, şirkətin 6-cı filialıdır. Bundan başqa, respublikada “AtaSığorta” şirkətinin 6 nümayəndəliyi fəaliyyət göstərir.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir. “AtaHolding” şirkətin yeganə səhmdarıdır. “AtaSığorta” şirkətinin nizamnamə kapitalı 10 mln. manata bərabərdir.
2014-cü ilin I yarısında şirkətin sığorta haqları yığımı 4 mln. 723,051 min manat, ödənişləri 1 mln. 596,74 min manat təşkil edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət