2014-cü il iyunun 30-na "TBC Kredit” bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli $42,6 mln. təşkil edir. Bu barədə bankın məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü il dekabrın 31-nə “TBC Kredit” təşkilatının kredit portfeli $41,4 mln. təşkil edib. Beləliklə, cari ilin I yarısında təşkilatın kredit portfeli 2,9% artıb.
I yarımilliyin sonuna portfeldə 47%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 16% və 37%-dir. Mikrobiznes kreditləri biznes portfelinin 54%-ni təşkil edir.
2014-cü il iyunun 30-na təşkilatın fəal borc alanlarının sayı 5,309 min təşkil edir.
Təşkilat üçün kiçik və orta biznesin inkişafı, biznes layihələrinin maliyyələşdirilməsi və Azərbaycanda filial şəbəkəsinin genişləndirilməsi prioritet olaraq qalır.
Məlumatda qeyd edilir ki, “TBC Kredit” ilin ilk yarısında 2 il müddətinə 3 mln. manat məbləğində istiqrazlar buraxıb, beynəlxalq tərəfdaşı “Triple Jump”dan 30 ay müddətinə 2,5 mln. dollar məbləğində tranş alıb.
“Triple Jump”dan başqa, şirkət MicroVest, responsAbility Social Investments AG, Triple Jump, OPIC (Overseas Private Investment Corporation, ABŞ), Avropa Yenidənqurma və İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə fəal əməkdaşlıq edir.
Xəbər verildiyi kimi, “TBC Kredit” 2015-ci ilə qədər kredit portfelini $50 mln.-a çatdırmağı planlaşdırır.
“TBC Kredit” 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı “TBC Bank”a və 25%-i “Enclude Holding”ə (əvvəllər ShoreBank International, USA) məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət