Göygöl rayonuna turist axınının artması rayonun turizm infrastrukturunda müasir standartlara cavab verən yeni obyektlərin yaradılmasını labüd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Ötən il ərzində rayona 18 min yerli və əcnəbi turist gəlib. Göygölə gələnlərin sayı hər il daha da artır.
Göygöl rayon Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, bu il bu rəqəmin 20 mini ötəcəyi gözlənilir. Buna görə də rayonda yeni turizm obyektlərinin yaradılmasına ehtiyac yaranır. Hazırda rayon ərazisində kifayət qədər istirahət məkanları fəaliyyət göstərsə də, bu obyektlərin əksəriyyətində lazımi şərait yoxdur.
Son illər rayonda aparılan quruculuq işləri çərçivəsində rayon mərkəzində müasir standartlara cavab verən 5 ulduzlu yeni otel inşa edilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi bu il bir neçə obyektə turizm fəaliyyəti göstərmək üçün lisenziya verib.
“Göygöl rayonunda turizm obyektlərinin sayı artıb. Ötən il biz 4 turizm obyekti istismara vermişiksə, indi siyahıda 6 bu cür obyekt var. Bu obyektlərdən 1-i lisenziya alıb”, - deyə Göygöl rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova qeyd edib.
F.Mehdiyev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət