Hüquq müdafiəçisi Leyla Yunusun saxlanılması adının keçdiyi cinayət işində ifadə vermək üçün prokurorluğa çağırışlara dəfələrlə əhəmiyyət verməməsi ilə əlaqədardır. İstintaqa yaxın olan hüquqşünaslar belə hesab edirlər.
“Onu cinayət işi ilə əlaqədar ifadə vermək üçün bir neçə dəfə prokurorluğa çağırıblar”, - deyə istintaqa yaxın olan hüquqşünas “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
Onun sözlərinə görə, L.Yunusun həyat yoldaşı Arif Yunusun da dindirilməsi gözlənilir. Bununla əlaqədar vəkil Xalid Bağırov onların yaşadığı mənzilə gedib.
Aprelin 29-da Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunus Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib.
L.Yunus və onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunda konfliktologiya ilə məşğul olan Arif Yunus Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Doha aviareysi ilə uçmaq istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Versiyalardan birinə görə, onlar Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunmuş jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar saxlanılıblar.
Aprelin sonunda onların saxlanılması ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi L.Yunus və A.Yunusu şahid qismində dindirilməyə çağırıb. Lakin çağırış vərəqələrinin şəxsən təqdim edilməsinə baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan aprelin 28-də ölkəni tərk etmək və bununla da istintaqdan yayınmaq niyyətində olublar. Bu cəhdin qarşısı alınıb.
Yasamal Rayon Məhkəməsinin qərarı əsasında Leyla Yunusun şəxsi əşyalarına baxış zamanı aşkar olunan sənədlər maddi sübut kimi istifadə ediləcək.
Onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb.
L.Yunus iş üzrə şahid qismində dindirilib, A.Yunus isə səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya göndərilib.
Baş Prokurorluğun məlumatında vurğulanıb ki, həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusovanın özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin olunub və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət