2014-cü il iyulun 1-nə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sığorta ehtiyatları 84,3 mln. manat təşkil edir. Bu barədə fondun məlumatında qeyd edilir.
2014-cü il yanvarın 1-nə ADIF-in sığorta ehtiyatları 69,55 mln. manat təşkil edib. Beləliklə, yanvar-iyun aylarında fondun ehtiyatları 21,2% artıb.
Fondun vəsaitlərindən 69,3 mln. manat dövlət qiymətli kağızlarında yerləşdirilib və illik orta gəlirlilik 4,34% təşkil edib. Fondun vəsaitlərindən daha 5 mln. avro Amaniyanın “Deutsche Asset Management International” şirkəti tərəfindən idarə olunur.
Fondun məlumatına görə, cari ilin II rübündə əhalinin bank əmanətləri 6 mlrd. 335 mln. manat və ya banklarda əmanət və depozitlərin ümumi həcminin 66%-ni təşkil edir.
2014-cü il iyul ayının əvvəlinə 3,47 mlrd. manat və ya əhalinin bank əmanətlərinin 54,8%-i qorunan, 2,87 mlrd. manat və ya 45,2% qorunmayan əmanətlərdir.
Qorunan əmanətlərin ümumi həcmindən 62%-i manatın, 34%-i ABŞ dollarının, 4%-i avronun payına düşür.
Fondun iştirakçısı olan bankların sayı 42-dir.
Fondun üzvü olan banklar 6 mln. 73,126 min əmanətçiyə xidmət göstərir. Bu əmanətçilərdən 5 mln. 504,255 mini və ya 91%-i qorunan əmanətlərə malikdir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət