Son günlər erməni təxribatı zamanı cəbhə bölgəsində həlak olan şəhidlərdən birinin yas mərasimindən sonra bir qrup gənc Ağdamda qoşunların təmas xəttinə doğru irəliləyib. Bu barədə “faktxəbər” internet qəzeti məlumat verib.
Məlumata əsasən, Gəncə və Qəbələdən gəlmiş 70 nəfərə yaxın gənc baş verənlərə görə hikkə və hiddət içərisində qoşunların təmas xəttinə doğru irəliləyib.
Yerli polis və hərbçilər onların qarşısını yalnız əlavə polis və əsgər qüvvələrinin əraziyə cəlb olunmasından sonra ala biliblər. Hazırda ordu və daxili qoşunların əlavə qüvvələri vətəndaşların ön cəbhəyə yaxınlaşmasının qarşısını almaq üçün təmas xəttində kordon yaradıblar.
Qəzet qeyd edir ki, silahlanmaq istəyən könüllülərin sayı hər saat artır. Döyüş xəttinə yaxın yerləşən rayon və qəsbələrə yüzlərlə könüllü gəncin gəldiyi bildirilir. Gənclər Qarabağın azad edilməsi uğrunda ölüm-dirim müharibəsinə hazır olduqlarını bildirərək onların qarşısını kəsən polis və ordu zabitlərindən silah tələb ediblər.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət