Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyə ehtiyac görmür. Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib.
“Bu, yadım üçün KTMT-yə müraciət edəcəyimiz vəziyyət deyil. Genişmiqyaslı hərbi əməliyyatlar olarsa, biz bu imkanı nəzərdən keçirə bilərik”, - deyə S.Ohanyan çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, son günlər ərzində KTMT üzrə həmkarları ilə əlaqə saxlayıb.
“Mənəvi dəstək verilir, KTMT-dən olan həmkarlar gərginliyin azaldılması məsələsində tərəflərə təsir etməyə çalışırlar”, - deyə S.Ohanyan qeyd edib.
“Qərbin Rusiyaya sanksiyaları Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığına təsir göstərə bilərmi?” sualına cavabında nazir bəyan edib: “İkitərəfli hərbi-texniki əməkdaşlıq möhkəm əsaslara malikdir və pozula bilməz”.
Müdafiə naziri onu da bildirib ki, Qarabağ münaqişəsi bölgəsində sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur.
“Bizim region bütün dünyada münaqişə zonaları arasında müvəqqəti barışığın olduğu, qüvvələrin tarazlığının üçüncü tərəfin iştirakı olmadan qorunub saxlanıldığı yeganə yerdir. Biz qarşıda duran vəzifələri müstəqil şəkildə həll etmək iqtidarındayıq və sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur”, - deyə nazir bəyan edib.
Ermənistan və Azərbaycan prezidentlərinin Soçidə gözlənilən görüşünə toxunan müdafiə naziri bildirib ki, bu cür görüşlər dialoqun davam etdirilməsi və danışıqlara konstruktiv əsas verilməsi nöqteyi-nəzərindən faydalıdır.
“Yalnız dialoq yolu ilə uğur qazanmaq mümkündür. Lakin düşünürəm ki, prezidentlərin görüşünə qədər Azərbaycan sərhəddə vəziyyəti gərgin olaraq saxlamağa çalışacaq. Ancaq düşünmürəm ki, görüşdən sonra vəziyyət kəskin şəkildə sabitləşsin”, - deyə S.Ohanyan qeyd edib.
Nazir məlumat verib ki, hazırda Ermənistan və Azərbaycanın dövlət sərhədində və Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttində vəziyyət gərgin olaraq qalır, lakin “genişmiqyaslı əməliyyatların olması ehtimalı azdır”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət