Rəsmi Bakı «Euronews» telekanalı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin şübhə altına qoyulduğu qərəzli məlumatın yayılmasına etiraz edir.
“Biz etirazımızı bildiririk və «Euronews»un yaydığı məlumatla mübarizəni davam etdirəcəyik”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev «Euronews» telekanalı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmətsizliyin nümayiş etdirildiyi məlumata münasibət bildirərkən bəyan edib.
XİN nümayəndəsi “Lider” telekanalına bildirib ki, bu insidentlə əlaqədar Azərbaycanın müxtəlif ölkələrindəki səfirliklərinə müvafiq tapşırıqlar verilib.
“Məsələ bundadır ki, bu cür qərəzli məlumatların yayılmasının arxasında Azərbaycanın bugünkü inkişafına qısqanclıqla yanaşan və ölkəmizə qarşı açıq şəkildə kampaniya aparan erməni lobbisi və müəyyən dairələr durur”, - deyə E.Abdullayev vurğulayıb.
Son günlər Qarabağ münaqişəsi bölgəsində yaranan vəziyyətlə əlaqədar bir sıra xarici KİV, xüsusilə «Euronews» telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin ifadə olunduğu qərəzli məlumat yayıb.
Belə ki, qeyd olunan məlumatlarda Azərbaycanın Dağlıq Qarabağ regionunun separatçı rejimi müstəqil respublika kimi təqdim olunub, Ermənistan ordusu ilə bağlı isə “Dağlıq Qarabağ ordusu” termini istifadə edilib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət