Azərbaycan AŞPA-nın növbəti sessiyasında Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsini yenidən gündəmə gətirmək niyyətindədir. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “AzərTAc”a müsahibəsində bildirib.
“Əminəm ki, beynəlxalq təşkilatlarda və başqa qurumlarda Ermənistan öz layiqli cavabını alacaq. Biz də bu istiqamətdə müntəzəm iş aparırıq. AŞPA-nın növbəti sessiyasında Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi yenidən gündəmə gətiriləcək. Hesab edirəm ki, bu, mütləq olmalıdır”, - deyə S.Seyidov qeyd edib.
O deyib ki, Azərbaycan güclü bir dövlətdir, beynəlxalq təşkilatlarda yüksək nüfuza malik olan bir ölkədir. Azərbaycanın bütün ölkələrlə əlaqələri ən yüksək səviyyədə təşkil olunur.
“Azərbaycanın bütün ölkələrlə əlaqələri ən yüksək səviyyədə təşkil olunur ki, hər bir ölkə, istər Qərb, istərsə də Şərq olsun, Azərbaycanın mövqeyi ilə hesablaşsın. Avropa Şurası ilə yanaşı, ATƏT, NATO, BMT, İKT, QİƏT-də və bütün başqa təşkilatlarda bu məsələ (Ermənistana qarşı sanksiyaların tətbiqi – İF-Az) bir daha qaldırılmalıdır və yəqin ki, qaldırılacaq. Ona görə də, bu nöqteyi-nəzərdən, son hadisələr, ilk növbədə Ermənistanın özünə və ona dəstək verən qüvvələrə qarşı yönələcək”, - deyə komitə sədri vurğulayıb.
“Ermənistan qoşunlarının təxribatı nəticəsində həlak olmuş Azərbaycan əsgərləri Vətən qarşısında öz borclarını ən yüksək səviyyədə və axıradək yerinə yetiriblər. Onların şəhidlik zirvəsinə yüksəlməsi, insanların mübarizə əzmi, nikbin əhval-ruhiyyədə olması ona dəlalət edir ki, torpaqların azad olunması heç də uzaqda deyil”, - deyə S.Seyidov bildirib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət