Azərbaycan türk xalqını keçirilən prezident seçkiləri münasibətilə təbrik edir və Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini bundan sonra da davam etdirmək niyyətində olduğunu bəyan edir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “AzərTAc”a müsahibəsində bildirib.
“Həmişə olduğu kimi, bu seçkilər də demokratik və azad şəraitdə keçirildi və ədalətli seçkidə AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan qalib gəldi. Dost və qardaş ölkənin prezidenti kimi, seçkilərdə qazandığı uğura görə cənab Ərdoğanı təbrik edirik və ona Türkiyənin gələcəyi naminə həyata keçirdiyi siyasətində uğurlar arzulayırıq”, - deyə Ə.Həsənov qeyd edib. O vurğulayıb ki, xalqın seçimi həmişə ən müdrik qərardır və ona subyektiv qiymət vermək düzgün deyil.
“Türk xalqı belə məsləhət bilib və öz müdrik qərarını səsvermə yolu ilə izhar edib. Bu seçimin nəticəsi olaraq türk xalqına və Türkiyə Cümhuriyyətinə uğurlar azrulayırıq. Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər olduğu kimi, bundan sonra da davam etdirəcəkdir. Arzu edirik ki, həmişə olduğu kimi, bu dəfə də yeni seçilmiş Türkiyə prezidenti cənab Ərdoğan Türkiyəni ən doğru yolla gələcəyə götürsün və ilk xarici səfərini də Azərbaycana etsin”, - deyə Ə.Həsənov vurğulayıb.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət