Moskvanın Qarabağ nizamlanmasında vasitəçilikdə hakim mövqe tutması həm Azərbaycan, həm də Ermənistan üçün sərfəlidir. Rusiyalı politoloq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Postsovet məkanının öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzinin baş direktor müavini Aleksandr Karavayev belə hesab edir.
“Moskva və Vaşinqton vəziyyətdən öz xeyirləri üçün istifadə etməyə çalışır. Aydındır ki, Fransanın fəallığı daha az səviyyədədir, çünki onun üçün Cənubi Qafqazda maraqlar ümumiyyətlə ikinci dərəcəli məsələdir. Moskva 2008-ci ildən etibarən Dmitri Medvedev prezident olduqdan sonra bu cür xəlvəti, şərti yarışmanı udub. Və Moskva prezidentlər arasında dialoq səviyyəsində bu nizamlanmanın fəaliyyətinə daha çox nəzarət edir”, - deyə A.Karavayev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib. Onun sözlərinə görə, D.Medvedevin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi 10 görüş Rusiyanın danışıqlarda rolunun müstəsnalığına səbəb olub.
“MDB meydançasında bu cür üçtərəfli formatın hələ Putinin zamanında mövcud olduğunu xatırlasaq, bu, Moskvanın bu prosesi uzun müddətdir nəzarət altında saxlaması və dialoqu əlindən buraxmamasını nümayiş etdirir. Ümumiyyətlə bu, həm Bakını, həm də İrəvanı qane edir. Onlar Putinin bu prosesə cəlb olunduğunu hiss edirlər. Burada bir çox şey onun şəxsiyyəti ilə bağlıdır”, - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, D.Medvedev RF-nin prezidenti olan zaman “bu üçtərəfli dialoqda paradoksal şəkildə Putinin maraqlarını təmsil edirdi”.
“Bu, münaqişə tərəflərinə Kremlin qərarlarına təsir etdiklərini müəyyən dərəcədə hiss etməyə imkan verir”, - deyə A.Karavayev bildirib. Onun fikrincə, Moskvanın regionda nüfuzunu saxlamaq məqsədi ilə Qarabağ məsələsində status-kvonu qoruyub saxlamaq istəməsinə dair mövcud rəylə yanaşı, Rusiyanın vasitəçiliyinin müsbət məqamları da var. A.Karavayev hesab edir ki, məhz Rusiyanın səyləri münaqişənin fəal hərbi mərhələyə çevrilməsinə imkan vermir.
“Bu, Bakı üçün aktualdır. İrəvana isə daha da tənəzzülə uğramadan vəziyyəti müəyyən etməyə imkan verir. Bununla da ətraf aləmdə yaranan hərcmərcliyi nəzərə alaraq, biz Bakı-İrəvan-Moskva üçbucağında onilliklər ərzində tədricən əsas dəyərə çevrilən sabitliyin qorunmasının şahidi oluruq. Yəni prezidentlər arasında dialoqda Moskvanın hakim mövqe tutmasının müsbət tərəfi budur”, - deyə rusiyalı politoloq vurğulayıb.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət