Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan «ABB-Moskva» bankının aktivləri 2014-cü ilin birinci yarısının yekunları üzrə 34 mlrd. 734 mln. rubla çatıb, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 13,6% çoxdur. Bu barədə ABB-nin məlumatında deyilir.
«ABB-Moskva» bankının məcmu kapitalı 2013-cü ilin birinci yarısının göstəricisinə nisbətən 21,3% artaraq 3 mlrd. 180 mln. rubl təşkil edib.
Cari ilin birinci yarısında «ABB-Moskva» bankının ümumi gəliri 652,32 mln. rubla çatıb, xalis faiz gəlirləri 486,7 mln. rubl təşkil edib. Bankın komissiya gəlirləri 197,4 mln. rubla qədər artıb, bu isə 2013-cü ilin birinci yarısının göstəricisindən 39,3% çoxdur. Hesabat dövrü ərzində qeyri-faiz gəlirləri 154,9 mln. rubl təşkil edib.
2014-cü ilin ikinci rübündə də bankın kredit portfeli artım nümayiş etdirib. Kredit portfelinin həcmi 25 mlrd. 340 mln. rubl təşkil edib (2013-cü ilin göstəricilərindən 9% çoxdur). Hüquqi şəxslərə verilən kreditlər 21 mlrd. 742 mln. rubl (artım 8%), fiziki şəxslərə verilən kreditlər 3 mlrd. 598 mln. rubl (artım 7%) təşkil edib.
Hüquqi şəxslərə aid hesablarda vəsaitin həcmi 21% artaraq 6 mlrd. 761 mln. rubla çatıb. Fiziki şəxslərin vəsaitlərinin həcmi 55%-dən çox - 8 mlrd. 488 mln. rubla qədər artıb.
"ABB-Moskva” Bankı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100%-lik törəmə strukturu kimi 2002-ci ildə təsis edilib. Hazırda bank şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda 14 satış ofisindən ibarətdir.
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət