Göygöl rayonunun baş planı günün tələblərinə cavab vermədiyi üçün yeni layihə hazırlanır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Baş planda şəhərin cənub və şərq istiqamətində genişlənməsi nəzərdə tutulub. Həmin ərazilərdə küçələr, parklar salınacaq, çoxmərtəbəli binalar tikiləcək”, – deyə Göygöl rayonunun baş memarı Vüqar Hacıyev bildirib.
Onun sözlərinə görə, indiyədək Göygöl rayonunda bütün tikinti işləri 1984-cü ildə hazırlanan baş plana uyğun aparılıb.
“Lakin həmin planın vaxtı bitdiyindən və istənilən nəticəni vermədiyindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni layihə hazırlayıb. Layihənin ilkin planı artıq ictimaiyyətə təqdim olunub”, – deyə V.Hacıyev qeyd edib.
Yeni layihəyə əsasən, rayonun ərazisi 4,670 hektara çatdırılacaq.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət