2014-cü ilin I yarısında “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan - BTC neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə əsaslı xərcləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə - $61,3 mln.-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“2014-cü ildə BTC neft kəmərinə xidmət üzrə əsaslı xərclərin həcmi $119 mln. səviyyəsində planlaşdırılır. I yarımillikdə bu məbləğdən $61,3 mln.-u xərclənib. Bu dövrdə kəmərin fəaliyyətinə əsaslı xərclər 2014-cü il üçün $230 mln. məbləğində planlaşdırılmış xərclərin $100 mln.-nu təşkil edib”, - deyə şirkətin nümayəndəsi bildirib.
Şirkətin məlumatına görə, BTC neft kəmərinin istismara verildiyi 2006-cı il iyunun 4-dən 2014-cü il iyun ayının sonuna qədər olan vəziyyətə görə, bu kəmərlə dünya bazarına 263 mln. ton neft göndərilib və Ceyhan terminalından 2580 tanker yüklənib.
BTC neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 mln. barel neft təşkil edir. “2014-cü ilin I yarısında bu boru kəməri vasitəsilə 17,8 mln. ton neft nəql edilib, Ceyhan terminalından 185 tanker yola salınıb”, - deyə “BTC Co”dan məlumat verilib.
Hazırda BTC neft kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunur. Həmçinin, 2010-cu ilin iyun ayından başlayaraq BTC kəməri ilə Türkmənistan, 2013-cü ilin oktyabr ayından etibarən Qazaxıstan neftinin nəqli həyata keçirilir.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1077 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 mln. barel neft təşkil edir.
Layihənin iştirakçıları “bp” (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); “INPEX” (2.50%), “Total” (5.00%) və “ONGC” (2.36%) şirkətləridir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət