“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov əmindir ki, yezidi kürdlər Dağlıq Qarabağ separatçı rejiminin hiylələrinə aldanmayacaq və məskunlaşmaq üçün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə köçməyəcəklər.
“Özünü saxlamaq iqtidarında olmayan Dağlıq Qarabağ separatçı rejimi hələ kənardan kimisə dəvət edir? Onların heç özlərinin həmin torpaqlarda yaşamaq hüquqları yoxdur, həmin ərazilərdə insanları necə yerləşdirə bilərlər?”, - deyə B.Səfərov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib və deyib ki, erməni əhalisi yalnız Qarabağdan deyil, həm də Ermənistandan qaçır.
“Gənclər Ermənistanda yaşamağın perspektivlərini görmür”, - deyə B.Səfərov bildirib.
Daha əvvəl qondarma “DQR”in “prezidenti”nin mətbuat katibi David Babayan bəyan etmişdi ki, separatçı rejim İraqdan yezidi kürdlərin Dağlıq Qarabağa köçürülməsinə dair plan qəbul edə bilər.
“Yezidi kürdlər ağıllı insanlardır. Məgər onlar bilmirlər ki, həmin torpaqlar Azərbaycana məxsusdur? Yezidi kürdlər bu cür səhvə yol verməyəcəklər”, - deyə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri vurğulayıb.
B.Səfərov bildirib ki, Azərbaycan ərazilərində yaşayan insanlar Azərbaycanın Konstitusiyasına tabe olmalı və müvafiq olaraq bu ölkənin qanunlarına hörmət etməlidirlər.
“Babayan kimi subyektlərin Dağlıq Qarabağda olması öz-özlüyündə sual altındadır. Onun kimi insanlar yalnız Azərbaycan vətəndaşı kimi orada yaşaya, ölkə Konstitusiyasına tabe ola və qanunlara hörmət edə, Azərbaycan bayrağı altında gəzə və Azərbaycanın hər bir vətəndaşına hörmət edə bilərlər”, - deyə B.Səfərov qeyd edib.
İcma sədri onu da əlavə edib ki, bütün dünya birliyi bilir və təsdiq edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon müvəqqəti işğal altındadır.
“Qarabağ rejiminin qanuniliyini tanımayan beynəlxalq qanunlar var və bu torpaqlar Azərbaycan əraziləri kimi tanınır. Həmin beynəlxalq hüquqa əsasən, bu ərazilərdə yaşamaq, istər müvəqqəti, istərsə də daimi əsasda olsun, yalnız Azərbaycanın icazəsi ilə mümkün ola bilər. Qanun hər kəs üçün qanundur. Qoy ermənilər ilk növbədə özləri barədə düşünsünlər, nəinki başqaları haqqında”, - deyə B.Səfərov qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət