Rusiyalı tələbələrdən ibarət böyük bir qrup Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alan tələbələr illik ənənəyə uyğun olaraq Azərbaycana səfərə gəliblər. Bu, moskvalı tələbələrin Azərbaycana artıq 7-ci səfəridir.
Nümayəndə heyətinin üzvləri Rusiyanın Azərbaycandakı səfirliyində olublar və səfir Vladimir Doroxinlə görüşüblər. Onların bir çoxunun Rusiyanın müxtəlif nəşrləri ilə fəal əməkdaşlıq etdiyini nəzərə alaraq, söhbət səmimi və çoxtərəfli alınıb. V.Doroxinin Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətinə dair qısa giriş sözü tez bir zamanda əsl müzakirəyə çevrilib. Tələbələri ən müxtəlif məsələlər maraqlandırırdı: səfir iqtisadiyyat, siyasət, təhsil və mədəniyyət sahərində Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirir; rusiyalı diplomatlar Azərbaycanda necə yaşayır və fəaliyyət göstərirlər; Azərbaycanda rus dili ilə bağlı vəziyyət necədir; Azərbaycan rəhbərliyinin siyastinə xas olan tolerantlıq və multikulturalizm haradan qaynaqlanır?
V.Doroxin bütün sualları səmimi və sadə şəkildə cavablandırıb.
“Azərbaycanda rusiyalı həmvətənlər və rus dili qanunla etibarlı şəkildə qorunur. Mən sizin bir çoxunuza Azərbaycan dilini öyərənməyə başlamağı, bu maraqlı ölkənin tarixi, iqtisadiyyatı və mədəniyyətinin araşdırılması ilə məşğul olmağı məsləhət görərdim”, - deyə səfir tələbələrə müraciət edib.
Görüşdə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov iştirak edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət