Azərbaycanda “Bakı sübhdən günbatanadək” layihəsi həyata keçiriləcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında verilən məlumata görə, layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb.
Tədbir sentyabrın 7-dək “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində reallaşdırılacaq.
“Dünya sübhdən günbatanadək” layihəsi Polşanın sənədli film ustaları Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir.
Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur.
Layihə hər şəhərdə 4 mərhələdə yerinə yetirilir. Birinci mərhələdə “Polşa Sənədli Film Məktəbi”nin filmlərinin təqdimatı və seminarlarla bağlı görüşlər olub. Bu mərhələdə seminar iştirakçıları müəllimlərin işləri və konsepsiyaları ilə tanış olacaqlar.
İkinci mərhələ olan Maarifləndirici kino seminarları: Qısametrajlı filmlərin çəkilişi bütöv bir film çərçivəsində birləşir. Hər gənc rejissor şəhər həyatından bir saat seçir və sənədli film müşahidəçiliyindən faydalanaraq bunu 3-4 dəqiqə ərzində qısa olaraq təqdim edir. Bu qısa filmlər şəhərin sübhdən günbatanadək canlı təsvirini yaradır. Seminarlar gündəlik plenar görüşlər, müzakirələr, kadrların təhlilləri, çəkiliş metodlarına dair təkliflər və daha sonra bütün filmin montaj və istehsal olunmasından ibarətdir.
Üçüncü mərhələ filmlərin ekranlaşdırılmasıdır.
Dördüncü mərhələdə filmlər dünyanın müxtəlif ölkələrində, kinofestival və televiziyalarda nümayiş etdiriləcək.
Layihə bu günə qədər 9 şəhərdə həyata keçirilib. 2014-cü ildə Hindistan, Türkiyə və Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
20-yə yaxın gənc rejissor ustad dərslərində iştirak edəcək. Təlimlərdə iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib
Layihənin Azərbaycandakı tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət