Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Elxan Süleymanov avropalı deputatları Azərbaycan ərazilərinin 20%-nin işğal altında saxlanılmasına görə Ermənistana qarşı sanksiyaların tətbiqinə dair hazırladığı iki qətnamə layihəsinin qəbul edilməsinə çağırıb.
“İnanmaq istəyirəm ki, öz obyektivliyi və prinsipiallığı ilə seçilən qüvvələr Avropa Şurasının əsas sənədlərində ehtiva edilmiş və AŞPA-da Ukrayna hadisələri ilə bağlı qəbul edilmiş qərarda göstərilən prinsiplərdən çıxış edərək, Azərbaycan ərazilərinin uzun müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmasına biganə qalmayacaq, Ermənistanın toxunulmazlığını təmin etmək istəyən qüvvələrin korporativ maraqlarının Avropa dəyərləri üzərində qələbə çalmasına imkan verməyəcək, hər iki qətnamə layihəmin məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərilməsi barədə qərar qəbul edəcəksiniz”, - deyə E.Süleymanovun AŞPA prezidenti Ann Brössora və AŞPA Büro üzvlərinə, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda və AŞPA-nın baş katibi Voytsex Savitskiyə ünvanladığı müraciətdə deyilir.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü sənəddə qeyd edib ki, təşkilatın iyun sessiyasında Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi hazırlayıb. Lakin AŞPA Sədarət Komitəsində Katiblik bu qətnamə layihəsinə qarşı son dəqiqə prosedur etirazı qaldırdı, “baxmayaraq ki, qətnamə layihəsi daha əvvəl rəsmi çap edilmişdi və beləliklə, Qaydalara tam müvafiq idi”.
Bunun ardınca E.Süleymanov qısa müddətdə ikinci qətnamə layihəsi hazırlayıb, bundan sonra “eyni mövzuda (!) üçüncü, beynəlxalq ictimaiyyəti aldadan, Azərbaycan xalqının gözünə kül üfürən növbəti formal xarakterli, aldadıcı və faktiki olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini özündə ehtiva etməyən qətnamə meydana gəldi”.
“İyunun 23-ü cənab Savitski görüş zamanı məhz bu layihə barədə mənə deyirdi. Mənim qətnamə layihəmdən bir neçə saat sonra irəli sürülmüş “Dağlıq Qarabağ münaqişəsi” adlı həmin qətnamə layihəsi açıq-aydın Ermənistanın maraqlarına xidmət edir, belə ki, burada Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan ərazilərinin vəziyyəti işıqlandırılmır. Bu isə bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və ermənilər Ermənistan tərəfindən hərbi işğal altında saxlanılan ətraf yeddi Azərbaycan rayonunu müzakirə etməkdən çəkinirlər”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, aydın şəkildə Ermənistanın adından hərəkət edən bir neçə Büro üzvü Büro iclasında qəsdən tam çaşqınlıq və böyük gərginlik yaratdı.
Nəticədə hər üç qətnamə layihəsinə dair istənilən qərar Büronun 2 sentyabr 2014-cü ildə Parisdə keçiriləcək iclasına qədər təxirə salındı.
Bununla əlaqədar E.Süleymanov AŞPA prezidenti, Büro üzvləri və baş katibə ünvanladığı müraciətdə Büronun iclasında hazırladığı hər iki qətnamə layihəsinə səs verməyə çağırır.
“Şübhəsiz ki, ermənilər təqdim etdiyim qətnamə layihələrimə əsaslanan məruzəni qəbul etməmək üçün sizə böyük təzyiq göstərəcəklər. Mən inanıram ki, siz, düzgünlük, ləyaqət və obyektivliyi müdafiə edən bütün üzvlər Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikası ərazisinin beşdə birini 23 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılması faktını diqqətdən kənarda qoymayacaqsınız. Mən inanıram ki, siz Ermənistanın həmişəki toxunulmazlığını kor-koranə müdafiə edərək, korporativ maraqlar və sui-istifadə edilən dini həmrəylik qarşısında diz çökməyəcək, əksinə, Avropanın demokratiya, insan hüquqları və qanunun aliliyi evində, hamımızın həqiqətən inandığımız və ümid bəslədiyimiz bir evdə mənimlə birgə ədalət tələb edəcəksiniz”, - deyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvünün müraciətində deyilir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət