Rəcəb Tayyib Ərdoğanın Türkiyənin prezidenti qismində ilk xarici səfərini Bakıya etməsi Azərbaycanın onun ölkəsi üçün prioritet olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bəyan edib.
“Bu səfərin əsas məqsədi Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və müttəfiqliyinin Ankara üçün prioritet olaraq qaldığını bütün dünyaya nümayiş etdirmək idi. Bununla o, nümayiş etdirdi ki, Azərbaycan Türkiyə üçün ən vacib tərəfdaşdır”, - deyə R.Musabəyov bildirib.
Bununla yanaşı, deputat qeyd edib ki, bu səfərdən iki ölkənin qarşılıqlı münasibətlərində hansısa köklü dəyişikliklər gözləməyə dəyməzdi, çünki nə R.T.Ərdoğan, nə də İ.Əliyev siyasi arenada yeni insanlar deyillər.
“Bu səfər reallaşdırılan və başa çatdırılması gərəkən layihələri bir daha gözdən keçirmək imkanı verdi. Misal üçün, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Və artıq çoxdan reallaşdırılmasına başlanılmalı olan layihələr, məsələn, TANAP (Trans-Anadolu qaz kəməri - İF-Az). Bundan başqa, Qarabağ münaqişəsi var və bu barədə Uelsdə keçiriləcək NATO sammitində xatırlanmalıdır. Ukraynda baş verən son hadisələrlə əlaqədar Rusiya ilə sərhəddə vəziyyət də hər hansı razılaşdırılmış hərəkət xəttini işləyib hazırlamaq üçün müzakirə tələb edir. Düzdür, təhlükəsizlik problemləri bir qədər fərqli çalar alıb. Düşünürəm ki, bütün bunlar müzakirə edilib”, - deyə R.Musabəyov qeyd edib.
“Bu, bir növ nümayiş xarakteri daşıyan, eyni zamanda bütün bu məqamların müzakirəsi üçün imkan yaradan rəsmi səfər idi”, - deyə politoloq vurğulayıb.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət