Azərbaycan Mətbuat Şurası (MŞ) hər bir KİV-dən jurnalistlər qrupunun akkreditasiyası ilə bağlı Müdafiə Nazirliyi ilə danışıqlar aparır. Bu barədə MŞ sədri Əflatun Amaşov cümə günü jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin məlumatları konkret jurnalistlər vasitəsi ilə yayılacaq, həmin jurnalistlər üçün cəbhəyanı zonalara səfərlər təşkil olunacaq.
Ə.Amaşov bildirib ki, bugünkü tədbir zamanı baş redaktorların informasiya təhlükəsizliyinin təmin edilməsinə dair təklifləri və KİV azadlığının bitdiyi və dövlət maraqlarının başlandığı həddə dair rəyləri dinləniləcək.
O, bir ay bundan əvvəl Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginlik zamanı qeyri-səhih məlumatlar yaymış KİV-lərin adlarını sadalayıb.
Ə.Amaşovun sözlərinə görə, tədbirin yekunları üzrə KİV rəhbərlərinin təşəbbüsü ilə dövlət sirri sahəsində qanunun qəbul edilməsi üçün təkliflər hazırlanacaq.
Öz növbəsində Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov qeyd edib ki, bəzi yerli KİV-lər yalan məlumatlar yaymaqla düşmənin dəyirmanına su tökdülər.
“Bizi təcavüzkar kimi təqdim etməyə bəhanə axtaran beynəlxalq dairələr var, guya biz atəşkəs rejimini pozaraq Ermənistan tərəfinə hücum etmişik. Bu dairələr bizim nəticəsini düşünmədən sensasiya dalınca qaçan jurnalistlərimizin səylərindən bacarıqla istifadə edirlər”, - deyə bəyan ediblər.
B.Sadıxov qeyd edib ki, jurnalistlər öz məsuliyyətlərini dərk etməli və ilk növbədə milli maraqları üstün tutmalıdırlar.
KİV-lərə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib ki, bu gün Azərbaycanda qeydiyyatdan keçməmiş çoxlu elektron KİV-lər fəaliyyət göstərir.
“Çox vaxt onların xaricdən dəstək aldığı məlum olur. Buna görə də informasiya yaymaqla məşğul olan elektron informasiya resurslarının qeydiyyatı məsələsinə diqqət yetirilməlidir. Biz kiminsə tamahkar maraqlarına xidmət edərək Azərbaycanın milli təhlükəsizliyinə zərər vuranları birgə ifşa etməliyik”, - deyə o bəyan edib.
V.Səfərli bu sahədə qaydaların sərtləşdirilməsinin vacibliyini qeyd edib. “Əlbəttə, bizdə söz azadlığının məhdudlaşdırılmasına dair söz-söhbətlər çox olacaq. Lakin biz müharibə vəziyyətindəyik və bu amili nəzərə almalıyıq”, - deyə o qeyd edib.
“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı qeyd edib ki, cəbhədə gərginlik müşahidə olunan günlərdə iki məqam üzə çıxdı: bir tərəfdən doğru, lakin rəsmi strukturlarla razılaşmadan çatdırılmasına ehtiyac olmayan informasiya yayılırdı, digər tərəfdən isə yalan informasiyalar yer alırdı və onların sayı daha çox idi.
O, həmçinin KİV-lər haqqında qanunun sərtləşdirilməsi ilə bağlı tədbirlər görülməsini və hərbi müxbirlərin hazırlanmasını vacib hesab edib. V.Mahirqızı tədbir iştirakçılarının diqqətini sosial şəbəkələrdə ermənilərin fəal olması, eləcə də onun rəhbərlik etdiyi agentliyin azərbaycanlı adı altında qeydiyyatdan keçmiş belə istifadəçilərlə dəfələrlə qarşılaşması faktına cəlb edib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, rəhbərlik etdiyi qəzetin müxalifətyönlü olmasına baxmayaraq, Azərbaycanın milli maraqları onun üçün hər şeydən ucadır. O, cəbhədə baş verən hadisələri işıqlandıran jurnalistlərin məsuliyyətinin artırılması üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb. “Lakin bu məsələdə cəza birtərəfli olmamalıdır. Yalan informasiyanın yayılması mətbuat xidmətlərinin fəaliyyətindəki boşluqdan irəli gəlir”,- deyə R.Arifoğlu bildirib.
O, Azərbaycan KİV-lərinin erməni təbliğatına qarşı mübarizə potensialından tam istifadə olunması üçün dövlət tərəfindən mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayıb.
Baş redaktorun sözlərinə görə, Azərbaycan KİV-lərin sayına və rusdilli auditoriyanı əhatə səviyyəsinə görə Ermənistanla müqayisədə daha böyük potensiala malikdir.
“Mən, həmçinin bir sıra KİV redaktorlarından ibarət fövqəladə hallar üzrə informasiya mərkəzinin yaradılmasını təkilif edirəm. Bu mərkəz fövqəladə hallarda medianın lazımi informasiya almasını təmin etməyə kömək edəcək”,- deyə R.Arifoğlu bildirib.
Y.Əliyev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət