Çərşənbə axşamı Bakıda keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin IV qeyri-rəsmi görüşündə təşkilata üzv ölkələrin ərazi bütövlüyü dəstəklənib. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirin yekunlarına dair mətbuat konfransında məlumat verib.
“Hamı tərəfdaş ölkələrin ərazi bütövlüyünün vacibliyini qeyd edib. Bundan başqa, tərəflər viza rejiminin sadələşdirilməsi və enerji əməkdaşlığı məsələlərini müzakirə ediblər”, - deyə E.Məmmədyarov bildirib.
Öz növbəsində Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt məlumat verib ki, görüşdə tərəfdaş ölkələrlə təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
“Ümid edirik ki, Ukraynada atəşin dayandırılmasına dair sazişin bütün bəndləri yerinə yetiriləcək. Təbii ki, bu ölkənin suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaq şərti ilə”, - deyə H.Şmidt bildirib.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə vurğulayıb ki, Aİ-nin tərəfdaş ölkələrin ehtiyaclarına yanaşması onların reallıqlarına uyğun olmalıdır.
“Baxmayaraq ki, Ermənistan bu konfransda iştirak etmir, biz bütün tərəfdaşlara bərabər yanaşırıq. Bütün dövlətlərin ərazi bütövlüyü bizim üçün mühüm əməkdaşlıq aspektidir”, - deyə Ş.Füle bildirib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət