Bu gün Bakıda açılmış Qara Dəniz Yayım Tənzimləyici Orqanların V Forumunda media sahəsində vəziyyət əsas müzakirə mövzusudur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Bu tədbir əlaqələrin möhkəmlənməsi istiqamətində impuls rolunu oynayacaq, eləcə də media sahəsində mövcud olan problemlərin həll yolunu tapmağa kömək edəcək”,- deyə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli tədbirin açılışında bildirib.
Onun sözlərinə görə, medianın inkişafında mühüm məsələlərin beynəlxalq səviyyədə birgə müzakirəsi böyük əhəmiyyət kəsb edir.
“Bununla əlaqədar olaraq xarici dövlətlərin təcrübəsinin tətbiq edilməsi və təcrübə mübadiləsi böyük əhəmiyyətə malikdir”,- deyə N.Məhərrəmli bildirib.
Forumda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Rəsul Mehdiyev qeyd edib ki, respublikada medianın inkişafı sahəsində böyük işlər görülür.
“Azərbaycan xarici təcrübəni uğurla tətbiq edir, müasir texnologiyalardan istifadə edir”,- deyə o bildirib.
“Bu gün biz qloballaşmanın media orqanlarına təsirini müşahidə edirik. Bu mənada bütün – regional, beynəlxalq və milli müstəvilərdə mümkün olan əməkdaşlıqdan istifadəni vacib hesab edirəm”, - deyə Qara dəniz regionu ölkələrinin Milli Teleradio Tənzimləyiciləri Təşkilatının (BRAF) baş katibi Hamit Ersoy bildirib.
Onun sözlərinə görə, bu il təşkilatda sədrlik Ukraynadan Azərbaycana keçəcək, gələn il isə Bakı estafeti İrəvana verəcək.
H.Ersoy təşkilatın bu il media sahəsində çox ambisiyalı layihə həyata keçirəcəyini vəd edib.
“Biz bütün fəaliyyətimizi, yəni daha əvvələr keçirilmiş forum və tədbirləri işıqlandıran kitab buraxmaq niyyətindəyik. Kitab 5 fəsil və 4 mövzudan ibarət olacaq”, - deyə o əlavə edib.
12 ölkənin nümayəndələrinin iştirak etdiyi forum iki gün davam edəcək.
A.Zeydullayeva, F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət