Bakıda müdafiə sənayesi sərgisinin keçirilməsi Azərbaycanın dünyada artan gücündən xəbər verir. Bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2014” Azərbaycan Beynəlxalq müdafiə
sənayesi sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında bəyan edib.
“Azərbaycan postsovet məkanında dördüncü ölkədir ki, ərazisində bu cür tədbir keçirilir. Bu, ölkənin beynəlxalq arenada artan gücü və nüfuzundan xəbər verir”, - deyə Y.Musayev bildirib.
Onun sözlərinə görə, sərgidə 34 ölkənin 200-dən artıq şirkəti öz məhsullarını təqdim edəcək.
“Azərbaycana gəlincə, əgər birinci sərgidə ölkə istehsal olunan 27 adda məhsul təqdim edibsə, o zaman “ADEX-2014”də 168 adda
məhsul təqdim ediləcək”, - deyə nazir müavini qeyd edib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan sərgidə yeni aviabombalar, zirehli texnika, atıcı silahlar, zirehli texnikası üçün döyüş sursatı və s. təqdim edəcək.
“Sərgidə Türkiyə və İsrail müdafiə nazirləri, Belarus, Cənubi Koreya və Malayziya isə nazir müavinləri səviyyəsində təmsil olunub. Həmçinin sərgidə ABŞ, Fransa, İspaniya və digər Avropa ölkələrinin nümayəndələri iştirak edəcəklər. Ümumilikdə tədbirdə 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edəcək”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan tərəfi sərgidə təmsil olunan xarici nümayəndə heyətləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərin yekunları üzrə əməkdaşlığa dair sənədlər imzalana bilər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət