Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı noyabrın 1-də iki aktyorun tamaşasını təqdim edəcək.
“Bu il teatrımızda Azərbaycanın xalq artisti Yuri Baliyev və onun həyat yoldaşı, əməkdar artist Natalya Baliyevanın əmək fəaliyyətinin 40 ili tamam olur”, - deyə teatrın baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Şarovski “İnterfaks-Azərbaycan”agentliyinə bildirib.
Onun sözlərinə görə, bundan başqa, N.Balıyevanın 60, Y.Baliyevin isə 65 yaşı tamam olur.
“Bu insanlar çox istedadlıdırlar və uzun illərdir teatra xidmət edirlər. Hesab edirəm ki, onların şəxsi tamaşaları olmalıdır”,- deyə rejissor qeyd edib.
“Onlar üçün Semyon Zlotnikovun “Qoca qarısını tərk etdi” tamaşasının hazırlanmasına qərar verildi. Bu pyes yaşlarına baxmayaraq, ahıl çağlarında bir-birlərini qısqanan, əziyyət verən insanlar barəsindədir. Tamaşanın süjet xəttinə əsasən, o, xanımından ayrılmaq istəyir, lakin sonda məhəbbət qələbə çalır. Çünki məhəbbət yaşa baxmır. Fikrimicə, bu, komediya, fars və dram elementlərinin olduğu melodramdır”, - deyə baş rejissor qeyd edib.
“İndi məşqlər gedir və noyabrın 1-də biz hamını tamaşanın premyerasına dəvət edəcəyik. Tamaşa barədə bütün sirləri açmayacağam. Aktyorlar böyük şövq və məsuliyyətlə işləyirlər”,- deyə rejissor bildirib.
A.Şarovski qeyd edib ki, tamaşanın tərtibatçı rəssamı Aleksandr Fyodorov, kostyum üzrə rəssam Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Vladimir Neverovdur.
“Tamaşada işıqla kifayət qədər çox iş görüləcək. Bütün bunlarla işıq üzrə rəssam Nikolay Rudıçev məşğuldur”,- deyə o əlavə edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət