Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) baş verə biləcək təxribat və terror aktlarının qarşısının alınması məqsədi ilə rabitə obyektlərinə buraxılışı məhdudlaşdırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, rabitə obyektlərinin rəhbərlərinə Prezident Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetinin rəhbər işçiləri və Milli Məclisin deputatlarının, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, aparat rəhbəri və onun müavininin müşayiət etdikləri şəxslərin, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin və “Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin feldyegerlərinin xidməti vəsiqə təqdim etməklə rabitə obyektlərinin inzibati binalarına daxil olmalarına icazə verilməsi tapşırılıb.
Kənar şəxslərin mühafizə olunan rabitə obyektlərinin inzibati binalarına buraxılışına RYTN-in rəhbərliyi, şöbə müdirləri, rabitə obyektlərinin rəhbərləri və onları əvəz edən şəxslərin icazəsi əsasında, həmçinin qeyd olunan şəxslər tərəfindən girişin məqsədi açıqlanmaqla razılıq verildikdən sonra, kənar şəxsin şəxsiyyət və xidməti vəsiqəsinin yoxlanılması və müvafiq jurnalda qeydiyyatın aparılması ilə icazə veriləcək.
Qeyd olunan obyektlərə xarici vətəndaşların buraxılışı həmin vətəndaşların miqrasiya orqanlarında müvafiq qeydiyyatlarının olub-olmaması obyekt rəhbərliyi tərəfindən yoxlanıldıqdan sonra həyata keçirilməsi mümkün olacaq.
Əmrdə deyilir ki, fövqəladə hallar zamanı baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün cəlb olunmuş qüvvə və vasitələrin mühafizə olunan obyektlərinin ərazisinə buraxılışı dərhal təmin edilməklə, obyekt rəhbərinə və RYTN-ə təcili məlumat verilməklə həyata keçiriləcək.
Əmrdə ATS-lərə və digər rabitə qurğuları olan binalara kənar şəxslərin buraxılması qadağan edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemi üzrə mühüm əhəmiyyətli obyektlərin siyahısına “Azərkosmos” ASC-nin Əsas yerüstü peyk idarəetmə mərkəzi, Beynəlxalq Avtomat Telefon Stansiyası, Poçt Daşıma Mərkəzinin inzibati binası, “Azərpoçt” MMC-nin inzibati binası və onun poçt filialları, Teleqüllə kompleksi, regional Radio-Televiziya Yayım stansiyaları, bir sıra regional Şəhərlərarası Avtomat stansiyaları, Avtomat Telefon Stansiyaları (ATS), həmçinin Bakı şəhəri və rayon mərkəzləri avtomat telefon stansiyaları daxildir.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət