İtaliyanın Verona şəhərindəki simfonik musiqi konsertləri və opera tamaşaları ilə dünyada məşhur olan “Arena Di Verona” amfiteatrında “İpək yolundan musiqi yolu ilə” adlı Azərbaycan musiqisi konserti keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyin dəstəyi ilə təşkil olunan konsertin 10 min tamaşaçısı arasında İtaliyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, hər iki ölkədən olan mədəniyyət və incəsənət xadimləri, turistlər və Verona sakinləri olub.
Konsertdən əvvəl Verona şəhərinin meri Flavio Tosi qonaqları salamlayaraq deyib ki, bu konsert getdikcə genişlənən Azərbaycan-İtaliya münasibətlərinin, xalqlarımız arasında sıx mədəni bağların mövcudluğunun ən bariz göstəricilərindən biridir.
Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək bildirib ki, konsert Azərbaycan musiqisini İtaliya xalqına tanıtmaq üçün yaxşı imkan yaradacaq. “Konsert proqramında Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri “Orchestra Italiana del Cinema” və “Qarabağ” muğam triosu, Azərbaycanın xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova, Azər Rzazadə Azərbaycan klassik musiqisinin bənzərsiz əsərlərini və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğam sənətimizin gözəl nümunələrini təqdim edəcəklər. Bu konsert vasitəsilə Azərbaycan və İtaliya musiqiçiləri ilk dəfə olaraq birgə çıxış edəcəklər”,- deyə o qeyd edib.
Azərbaycan-İtaliya əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən səfir bu konserti münasibətlərimizin inkişaf səviyyəsini nümayiş etdirən tədbirlərdən biri kimi dəyərləndirib. V.Sadıqov tədbirin keçirilməsinə göstərdiyi köməyə görə Veneto regionunun və Verona şəhərinin rəsmilərinə minnətdarlığını bildirib.
Azərbaycanın, İtaliyanın klassik və milli musiqilərinin səsləndiyi konsertin çoxsaylı tamaşaçıları sırasında xüsusi qonaq qismində İtaliyanın məşhur müğənnisi Albano Karrizi də olub. İtaliya musiqisinin ən gözəl nümunələrini səsləndirən ifaçı Azərbaycana səfərindən söz açaraq bu ölkədən xoş təəssüratlarla ayrıldığını deyib. O, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib.
Konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, muğam sənətimizin ən gözəl nümunələri dinləyicilərə təqdim olunub.
Konsertin sonunda dinləyicilər “Qarabağ” muğam triosunun müşayiəti ilə Mənsum İbrahimovun və Aygün Bayramovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi”ni ayaq üstə, sürəkli alqışlarla qarşılayıblar.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət