Rusiya-Azərbaycan sərhədində “Tahirkənd- Qazmalar” beynəlxalq avtomobil buraxılış məntəqəsində baş vermiş yanğın nəticəsində Gömrük və Sərhəd xidmətlərinə məxsus xidməti otaqlar yanıb.
Bazar ertəsi Dağıstan Gömrük Xidmətinin mətbuat xidmətindən “İnterfaks-Cənub” agentliyinə bildirilib ki, yanğın bir gün əvvəl saat 12:30 radələrində buraxılış məntəqəsinin ərazisindəki tikinti tullantıları qalağında baş verib.
Məhərrəmkənddən yanğınsöndürən maşınlar gələnə qədər alov əvvəlcə Gömrük Xidmətinin əməliyyat zalına, daha sonra sərhəd pasport nəzarəti otağına yayılıb.
Saat 14:10-da yanğın söndürülsə də, əməliyyat zalı və pasport nəzarəti otağı tamamilə yanıb.
“Növbədə olan əməkdaşlar personalı və vətəndaşları təxliyə, sənədləri və texnikanı xilas edə bilib. Əməkdaşların bir neçəsi tüstüdən yüngül zəhərlənib. Faktla bağlı xidməti yoxlama təyin edilib”, - deyə agentliyin müsahibi bildirib.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin mətbuat xidmətində yanğın faktını təsdiq ediblər.
“Sərhəd pasport nəzarəti otağı yanıb. Texnika və sənədləri xilas etmək mümkün olub. Zərərçəkən yoxdur”, - deyə idarənin nümayəndəsi qeyd edib.
“Tahirkənd-Qazmalar” sərhəd buraxılış məntəqəsi müvəqqəti olaraq bağlanılıb. Sərhəd keçidi “Yaraq-Qazmalar” və “Filya” sərhəd buraxılış məntəqələrində həyata keçirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət