MDB-də sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq ümumi təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir. Bu barədə MDB-nin icraçı katibi Sergey Lebedevin Naxçıvan Muxtar Respublikasında keçirilən MDB Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclas iştirakçılarına məktubunda deyilir.
“Birliyin məkanında sülh və sabitlik birbaşa MDB dövlətlərinin keyfiyyətli qarşılıqlı əlaqəsinin səviyyəsindən asılıdır. Bu mənada sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq ümumi təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir”, - deyə məktubda deyilir. Eyni zamanda sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsinin konstruktiv təcrübə mübadiləsinə, maraqlı dialoqun inkişafına imkan yaradacağına və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi yolunda mühüm addım olacağına əminlik ifadə edilir.
Forumda Dövlətlərarası Şuranın 2013-2014-cü illər ərzində işinin yekunları müzakirə edilib. Qeyd olunub ki, 2013-cü ildə MDB-yə üzv dövlətlərdə 47 minə yaxın fövqəladə vəziyyət yaranıb, onların təxminən 40 mini texnogen xarakterli olub, fövqəladə hallar nəticəsində iqtisadi itkilər təxminən $2,3 mlrd. təşkil edib.
Dövlətlərarası Şuranın üzvləri təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyinin təminatı məsələlərinə dair Sazişin iştirakçısı olan dövlətlərin qanunvericiliklərində və MBD-yə üzv ölkələrdə qaldırıcı qurğulara nəzarət sahəsində sənaye təhlükəsizliyinin dövlət tənzimlənməsi sistemində dəyişiklikləri, eləcə də təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyinin vəziyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin mədən işlərinin aparılması zamanı təhlükəsizliyin tənzimlənməsi üzrə praktiki təcrübə mübadiləsi və yeraltı sərvətlərin istifadəsi ilə bağlı işlərin aparılması təhlükəsizliyinin milli tənzimlənmə prosedurlarının yaxınlaşdırılması üzrə konsepsiyanın işlənib hazırlanmasının məqsədəuyğunluğu, təhlükəli istehsalat obyektlərində birgə nəzarət-profilaktika yoxlamalarının aparılması təcrübəsi müzakirə olunub. Milli nəzarət orqanları altnəzarət təşkilatlarının mütəxəssislərinin hazırlanması və attestasiyası üzrə işlərin təşkili sahəsində təcrübələri ilə bölüşüblər.
Forumun gündəliyinə, həmçinin Dövlətlərarası Şuranın 2014-cü ilə qədər olan dövr üçün təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizlyinin təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair əsas Tədbirlər Planının icrasının gedişi ilə bağlı məsələ və 2017-ci ilə qədər olan dövr üçün əsas Tədbirlər Planının layihəsi də daxildir.
“Biz ötən dövr ərzində Dövlətlərarası Şurada iştirak edən ölkələrin hər birində sənaye təhlükəsizliyi sahəsində yeni qanunvericiliklə bağlı baş verənlər barədə məlumat mübadiləsi apardıq. Prinsip etibarilə biz eyni istiqamətdə irəliləyirik, lakin elə incəliklər var ki, onları dinləmək maraqlıdır və yəqin ki, bəzi məqamlardan bizim hər birimiz öz təcrübəmizdə istifadə edəcəyik. İşimiz məsuliyyətlidir və nəzarət orqanlarının necə çalışmasından ən dəyərli olan insan həyatı asılıdır. Bu səbəbdən burada heç bir sirr ola bilməz, mühüm olan insan təhlükəsizliyini təmin etməkdir”, - deyə “Rostexnadzor”un rəhbəri Aleksey Alyoşin “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirib. Onun sözlərinə görə, iclasın gündəliyinə salınan məsələlərə dair müzakirələr məhsuldar və maraqlıdır.
“Biz ötən il ərzində edə bildiklərimizə yekun vurduq, hər ölkədə sənaye təhlükəsizliyi sahəsində normativlər nöqteyi-nəzərindən məsələləri necə tənzimlədiyimizə nəzər saldıq və yaxın vaxtlarda nə ilə məşğul olacağımızı müəyyən etdik”, - deyə A.Alyoşin bildirib. O vurğulayıb ki, sənaye təhlükəsizliyi məsələsinin necə qoyulduğu, texniki reqlament və standartların müəyyən edilməsi üzrə işin necə qurulduğu mühüm əhəmiyyət kəsb edir, “axı bütün bunlar sənayenin işinə təsir edir”.
“Bundan əlavə, biz bir normativ sahədə çalışırıqsa, böyük problemlər olmadan bir-birimizə tədarük edə biləcəyimiz məmulatlar istehsal edirik. Bu, bütün ticari maneələri azaldır. Buna görə bizim fəaliyyətimiz təkcə sənaye təhlükəsizliyinin təminatına yönəlməyib, bunun vasitəsilə biz həm də ticarət, iqtisadi münasibətlərə təsir göstərən proseslərə təsir edirik”, - deyə A.Alyoşin qeyd edib.
Q.Hüseynova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət